Bakı Yunus Əmrə İnstitutunda Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının altıncı ildönümü ilə əlaqədar tədbir keçirilib.
15 iyul Şəhidləri anma/Demokratiya və Milli Birlik Gününə həsr edilən tədbir şəhidlərin xatirəsinə sayğı duruşu, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlanıb.
Türkiyənin dövlət rəsmilərinin, qardaş ölkənin Azərbaycandakı səfirliyinin məsul şəxslərinin, Milli Məclisin deputatlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə sözügedən dövlət çevrilişi ilə bağlı videorolik izlənilib.
Baki-xeber.com