çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Bütün təşkilatlar MİDA kimi öz reputasiyasının qayğısına qalan olsaydı...

Image


Məlum olduğu kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən “Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib. Mənzil seçimi prosesində iştirak edən vətəndaşların yol verdikləri qanunsuzluqlara görə seçimin nəticələrinin ləğv olunması, yaxın vaxtlarda yeni seçimlərin keçiriləcəyinin rəsmən açıqlanması onu deməyə əsas verir ki, MİDA özünü işinə yüksək dərəcədə tənqidi və obyektiv yanaşan qurum kimi göstərdi. Baş verən xoşagəlməz hadisənin araşdırılması üçün MİDA özü Dövlət Təhlükəsizliyinə (DTX) müraciət etdi, bu proses DTX tərəfindən araşdırıldı və məsələyə nöqtə qoyuldu.

Bildiyimiz kimi, güzəştlə seçimin ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək. Mənzil seçiminin qanunsuz nəticələrinin ləğv olunması, MİDA-nın öz işini, simasını, fəaliyyətini qorumaq üçün atdığı bu addımın digər dövlət qurumları üçün nümunə ola biləcəyi şübhə doğurmur. Kaş ki, bütün dövlət qurumları MİDA-dan nümunə götürüb özləri barədə olan ləkələyici hadisələrin ifşa edilməsində sona qədər maraqlı olaydılar. Bu çox effektiv nəticə verərdi.

MİDA-nın “Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrini ləğv etməsinə necə baxırsız? Dövlət qurumunun öz reputasiyasını qorumaq üçün bu dərəcədə ardıcıl olması necə bir nümunədir?

“MİDA-nın bu istiqamətdə olan nümunəsi də qeyd olunmalıdır”

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev baki-xeber.com-a şərhində bildirdi ki, MİDA-nın bu qərarı alqışlanmalıdır və başqa qurumlara da gerçək bir nümunədir: “Əlbəttə, qanunsuz seçimin nəticələrinin ləğvini əsaslı və legitim, qanuni hesab edirəm. Doğrudan da, nəticələr ləğv olunmalı idi. Çox narahatedici bir hadisə baş verdi və kiber hücumlar nəticəsində kompüter proqramlarına və məlumatlara qanunsuz müdaxilə oldu, bunun nəticəsində “Güzəştli mənzil” sistemindən istifadədə ayrı-ayrı şəxslərə üstünlük qazandırıldı. Bu eyni zamanda peşəkarlar, kompüter sahəsində xüsusi biliyə malik olan şəxslər tərəfindən, həm də xüsusi proqramlardan istifadə etməklə həyata keçirilən qanunsuzluq idi. Beləliklə, mənzil üçün müraciət edən şəxslərin öz hüquqlarını həyata keçirməsinə münasibətdə ayrıseçkilik yarandı, bir çoxlarına üstünlük imkanı verildi. Heç şübhəsiz, qanunsuz üstünlük vardısa, nəticələr legitim hesab oluna bilməzdi. Verilən məlumatlara görə, bu 60 faizdən yuxarı idi və buna görə də ümumi nəticələr ləğv olundu. Burada insanların bərabər imkanlardan istifadə etmək hüququ pozulub. Ona görə də hesab edirəm ki, Dövlət Agentliyi çox doğru və düzgün qərar qəbul edib seçimin nəticələrini ləğv etdi. Bu seçimin nəticələrinin ləğv olunması prosesi dərhal baş vermədi. Hadisə 30 martda baş verib, amma nəticələr bu günlərdə ləğv olundu. Çünki bununla bağlı araşdırma aparılması vacib idi. Bu araşdırma da yetərli şəkildə peşəkar səviyyədə aparılmalı idi. Təsadüfi deyil ki, MİDA hadisədən dərhal sonra bu məsələ ilə bağlı araşdırma aparması üçün hüquq-mühafizə orqanlarına və DTX-ya müraciət etdi. Çünki DTX-nın həm konkret cinayətlərin araşdırılması istiqamətində peşəkarlığa malik strukturları var, həm də DTX-ya cəmiyyətdə böyül ehtimad var. Şübhəsiz ki, bu işin araşdırılmasının DTX tərəfindən aparılması inam və etimadın qorunub saxlanmasına xidmət edirdi”.

Ə.Nuriyevin sözlərinə görə,  MİDA-nın yaranmasında məqsəd ölkədə vətəndaşların mənzil ehtiyaclarını ödənilməsini təmin etməkdir. Bu istiqamətdə sosial ədalət prinsipinin qorunub saxlanmasının əsas şərt olduğunu vurğulan Ə.Nuriyev hesab edir ki, bu Agentlik dövlətin çox böyük sosial siyasətinin tərkib hissəsidir: “Bu səbəbdən də orada inam və etimadın daimi olması çox vacib bir məsələdir. Bu inam və etimadın da qorunması üçün MİDA-nın DTX-ya müraciət etməsi təbii qəbul olunmalıdır. Bu, cəmiyyətdə də çox yaxşı qarşılandı. Doğrudan da, DTX çox yüksək peşəkarlıq səviyyəsində bu məsələni araşdırdı. Qurum tərəfindən müdaxilənin kimlər tərəfindən, hansı formada həyata keçirilməsi ilə bağlı dəqiq sübutlar aşkarlanıb. Əlbəttə, daha sonra bu iş məhkəməyə göndəriləcək və məhkəmə də həmin şəxslərin təqsirli olub-olmadığı barədə qərar qəbul edəcək...”

Ə.Nuriyevin bildirdiyinə görə, MİDA indiyə qədər mənzil seçimində həyata keçirdiyi siyasətlə burada bərabər bərabər imkanlılığın əlçatımlığını təmin edir. Bu baxımdan, MİDA tərəfindən belə bir nümunənin göstərilməsi, fakta bu şəkildə münasibəti çox operativ oldu: “Əminəm ki, onun istifadəçiləri də bu qərardan razı qalacaqlar. Çünki burada heç kəsin hüququ pozula bilməzdi, hər kəs üçün bərabər imkanları sona qədər həyata keçirmək imkanı olmalı idi. Əks halda bir qrupun nəticələrini qismən ləğv edilsəydi və nəticələr tam ləğv edilməsəydi, bu çoxlu söz-söhbətə, müzakirələrə, spekulyasiyaya gətirib çıxaracaqdı. Əgər 60 faizdən yuxarı şəxs bunu məhz bu proqrama qanunsuz müdaxilə nəticəsində əldə etmişdisə, seçimin nəticəsinin ləğv edilməsi çox doğrudur, qanunidir”.

MİDA-nın prosesin nəticələri, baş verənlərlə bağlı məlumat vermək üçün media və QHT-lərin iştirakı ilə  brifinq keçirməsini yüksək qiymətləndirən Ə.Nuriyevin sözlərinə görə, bura o vətəndaş cəmiyyətinin nümayəndələri dəvət edildi ki, onlar korrupsiyaya, qeyri-şəffalığa qarşı mübarizədə öz fəaliyyətlərini göstərməyə çalışıblar. O qeyd etdi ki, şübhəsiz, burada vacib məsələ bütövlükdə sistemin təhlükəsizliyi ilə bağlıdır: “Məlum olub ki, bütövlükdə güzəştli mənzildən istifadə ilə bağlı elan verildikdən sonra sistemə 1000-dən artıq kiber hücumlar olub və sistem onların qarşısını alıb. Amma daha sonra elə peşəkar haker hücumları tətbiq olunub ki, sistemin onun qarşısını almaq üçün imkanı olmadı. Bu da təbiidir. Bilirsiz ki, dünyada ən etibarlı şəkildə, yüksək qaydada təhlükəsizliklə təmin olunan qurumların saytları sındırılır, qanunsuz müdaxilələr edilir. Hətta Pentaqonun özünün saytına da bu cür hucumlar olur. Yəni heç kəs bundan sığorta olunmayıb, risqlər var. Amma daimi olan məhz ondan ibarətdir ki, daim təhlükəsizlik sistemi təkmilləşdirilsin. Bu istiqamətdə olan şirkətin nümayəndəsinin də brifinqdə iştirakı və bir çox suallara cavab verməsi, hesab edirəm ki, şəffaflığın nümunəsidir. Bir sözlə, MİDA-nın bu istiqamətdə olan nümunəsi də qeyd olunmalıdır. Çünki Dövlət Agentliyi bir daha göstərdi ki, öz fəaliyyətində şəffafdır, hesabatlıdır və Prezident tərəfindən qarşılarına qoyulan bütün məqsədlərin həyata keçirilməsi ilə bağlı cavabdehliyi hər zaman həyata keçirməyə hazırdır. Bu istiqamətdə olan bu fəaliyyət də, əlbəttə, qiymətləndirilməlidir. Fikrimcə, hər hansı belə bir problem yaranırsa istənilən dövlət orqanı da məsələyə bu cür yanaşmalıdır, araşdırılma aparılmasına çalışmalıdır və araşdırmanın nəticələrini cəmiyyətlə bölüşməlidir, cəmiyyətdən gələn mesajlara diqqət yetirməlidir...”

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ