BDU BMT-nin beynəlxalq elmi tədbirinə ev sahibliyi edəcək

img

31 oktyabr – 4 noyabr tarixlərində BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universiteti (BDU) tərəfindən “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer üzrə BMT/Azərbaycan işçi seminarı” (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) adlı beynəlxalq tədbir keçiriləcək.

 BDU-dan baki-xeber.com-a verilən xəbərə görə, Bakı şəhərində keçiriləcək yüksək səviyyəli tədbirə Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) də dəstək verəcək. Son illər Azərbaycanda kosmik tədqiqatların və kosmik sənayenin inkişafına, müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir və bu istiqamətdə kadr hazırlığı önəmli rol oynayır. Qeyd olunmaldır ki, Beynəlxalq Kosmik Hava Təşəbbüsü (The International Space Weather Initiative - ISWI) kosmik hava məlumatlarının əldə edilməsində zəruri sayılan cihazların quraşdırılmasına, həmin məlumatların təhlilinə və alınan nəticələrin digər rəqəmsal elmi məlumatlarla əlaqələndirilməklə analizinə xidmət edən beynəlxalq əməkdaşlıq proqramıdır. Bu proqram çərçivəsində Bakıda keçiriləcək tədbir Azərbaycanda adıçəkilən sahənin inkişafı üçün geniş imkanlar açacaq, kosmik tədqiqatların və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq.

Peşə etikası

Son xəbərlər