çərşənbə günü, 14 oktyabr 2026
     

Gürcüstan Azərbaycanlıları Konqresi Azərbaycanın mədəniyyət nazirinə müraciət etdi - FOTO

Image


Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi münasibətilə teatr kollektivinin Gürcüstanda yaşayan azərbaycanlılarla növbəti görüşünün təşkil olunmasına köməklik göstərməsi ilə bağlı mədəniyyət naziri Anar Kərimova müraciət edib.

Baki-xeber-com-un xəbərinə görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının Mədənniyyət Naziri cənab Anar Kərimova Hörmətli Anar müəllim! C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bu il 140 yaşının tamam olması Gürcüstanda yaşayan azərbaycanlıların sevincinə səbəb oldu və bu hadisəni ruh yüksəkliyi ilə qarşıladıq. Çünki neçə illərdir ki, bizləri unutmayan və vaxtaşırı müxtəlif mövzulu, yüksək bədii keyfiyyətli tamaşaları ilə könlümüzü fərəhləndirən sevimli teatrın dəyərli kollektivi bizim üçün əzizdir. Bu qocaman sənət ocağı 2005-cildən üzü bəri dəfələrlə Respublikamıza genişmiqyaslı və çox layiqli qastrol səfərləri həyata keçirmişdir. 2005-ci ildə Kvemo-Kartli – Borçalı qubernatorunun dəvətinə əsaasən, İrəvan Azərbaycan Teatrı görkəmli şair, dramaturq Hidayətin “Məhəbbət yaşayır hələ...” tamaşası ilə respublikamızın qonağı olmuşdur. Tamaşa bölgə tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Həmin səfərin unudulmaz xatirələri, aktyorların yüksək peşəkarlığı, səhnə əsərinin heyranedici təsiri indi də həmvətənlərimizin yaddaşında yaşayır və hörmətlə xatırlanır. Teatrın ikinci maraqla qarşılanan qastrol səfəri Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində 22-24 fevral 2009-cu ildə baş tutdu. Kollektiv Marcanaşvili adına Dövlət Akademik Dram Teatrının səhnəsində tanınmış teatr xadimi İftixarın “Körpü” tamaşası ilə çıxış etdi və yüksək sənət nümunəsi göstərdi. “Qafqazda sülh və barış!” adlı aktual və öz dövrü üçün çox önəmli olan layihə çərçivəsində oynanılan tamaşaya nüfuzlu gürcü ziyalıları və sənət adamları, Tiflisdə və bölgələrdə yaşayan azərbaycanlılar təşrif buyurmuşdular. Yadımdadır ki, anşlaqla keçən və böyük rəğbətlə qarşılanan tamaşa paytaxt elitası tərəfindən yüksək qiymətləndirildi. İlk dəfə idi ki, şəhərin teatr ictimaiyyəti Azərbaycan sənətçilərinin, koloritli aktyor ansamblının orijinal məzmunda təqdim etdiyi unikal layihə ilə tanış olurdu. Bu layihə ilə kollektiv Azərbaycan teatr sənətinin özünəməxsus keyfiyyətini elə səviyyədə təqdim etdi ki, gürcü teatr ictimaiyətinin heyranlığına səbəb oldu. Bu isə, bizə qürur hissləri yaşatdı. 2009-cu ilin sonunda İrəvan Azərbaycan Teatrının afişaları yenidən Tiflis şəhərinin küçələrini bəzədi. Noyabrın 25-dən, dekabrın 4-dək baş tutan qastrol səfərində Aqşin Babayevin “Xilaskar” əsəri və İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası göstərilirdi. Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə və hakimiyyətə gəlişinin 40 illiyinə həsr edilən “Xilaskar” tamaşasına Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev, səfirliyin əməkdaşları, Gürcüstanın prezident administrasiyasının rəsmi nümayəndələri, ulu öndər Heydər Əliyevin siyasi silahdaşı və dostu, eks-prezident mərhum Eduard Şevardnadze, Ukraynanın səlahiyyətli səfiri, Rusiyanın səlahiyyətli nümayəndəsi, Gürcüstanın diasporla iş üzrə dövlət naziri və Reinteqrasiya nazirliyinin nümayəndələri, Teatr Xadimləri İttifaqının sədri SSRİ Xalq artisti Qiqa Lorqkipanidze, Gürcüstanın Xalq artistlərindən millət vəkili cənab Georgi Kaftaradze, Suxumi teatrının direktoru, xalq artisti, Ukraynanın “Şərəf” ordeninə layiq görülmüş mərhum Dmitri Caiani və Suxumi Teatrının aktyorları, Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının o dövrdə bədii rəhbəri olan Qoça Kapanadze və teatrın kollektivi, o cümlədən gürcü teatr ictimaiyyəti və Gürcüstanda yaşayan ziyalıların böyük bir hissəsi baxırdı. Xatirimdədir, tamaşadan təsirlənən Eduard Şevardnadze səhnə arxasına gələrək, İrəvan Teatrının kollektivini şəxsən təbrik etdi, tamaşa haqqında yüksək fikirlər söylədi. Təəssüratlarını geniş şəkildə bölüşmək üçün kollektivi öz iqamətgahına dəvət etdi. Kolektiv Eduard Şevardnadzenin iqamətgahında o böyük siyasətçi ilə görüşdü, onun tamaşa barədə yüksək dəyərli fikirlərini dinlədi, ulu öndər Heydər Əliyev haqqında dərin hörmətlə yad etdiyi xatirələrinə diqqət kəsildi. Tarixin səhifələrinə keçən bu görüşdən hər iki tərəf xoş təəssüratla ayrıldı. Daha sonra, səfir Namiq Əliyevin təşəbbüsü ilə İrəvan Teatrının kollektivi Tiflis Dövlət Universitetində yaradılmış Heydər Əliyev guşəsində kollektivlə gürcüstan sənət xadimlərinin və azərbaycanlı ziyalıların görüşünü həyata keçirdi. Tədbirdə görüş iştirakçıları tərəfindən teatrın kollektivinin Gürcüstandakı sənət fəaliyyətinin ecazkarlığı barədə ağızdolusu danışıldı. Kollektiv ali xidmətə görə səfirliyin fəxri fərmanı ilə mükafatlandırıldı. İrəvan Teatrının kollektivinin sənətkarıq bacarığı, əməyi Gürcüstan Teatr Xadimləri İttifaqının sədri, SSRİ xalq artisti Qiqa Lordkipanidzenin diqqətindən də kənarda qalmadı. O böyük sənətkar kollektivi İttifaqda qonaq etdi, Gürcüstanın mötəbər sənətkarları ilə kollektivi bir araya gətirdi. Hər iki respublikanın teatr xadimlərinin görüşünü təşkil etdi. Geniş sənət söhbətləri zamanı İrəvan Azərbaycan Teatrının didərginlik taleyinin təəssüfedici vəziyyəti barədə söhbətlər aparıldı. Suxumi Tearı ilə İrəvan Teatrının tale qohumluğu vurğulandı. Bu günlərin ömrünün az olacağı inamla dilə gətirildi. Sonda ö böyük sənətkar Q.Lordkipanidze tərəfindən İrəvan Teatrının kollektivi Gürcüstan Teatr Cəmiyyyətinin Fəxri Fərmanı ilə təltif edildi. Böyük bir bölgəni əhatə edən bu qastrol səfərində İrəvan Azərbaycan Teatrı Tiflis və Rustavi şəhərləri ilə yanaşı Marneuli rayon mərkəzində və onun iki kəndində (Kəpənəkçi, Sadaxlı), Bolnisi, Qardabani rayon mərkəzlərində və Kaspi rayonunun Cələ kəndində həm tamaşalar oynadı, həm də rəsmi görüşlər həyata keçirdi. Bu səfər təkcə Gürcüstanda yaşayan azərbaycanlılara mədəni xidmətlə kifayətlənmədi, eyni zamanda İrəvan Teatrının və onun simasında ümumən Azərbaycan teatr sənətinin Gürcüstan Respublikasında geniş təbliğinə çevrilən dolğun mənzərə yaratdı. Həmin qastrol səfərində İrəvan Azərbaycan Teatrının kollektivini, Kvemo-Kartli – Borçalı bölgəsinin qubernator müavini və həmin bölgədə Prezidentin səlahiyyətli nümayəndəsi olaraq mən müşayiət edirdim. Teatrın uğurlu çıxışlarının yekununda kollektivin əməyi və yüksək sənət nümayişi quberniyanın təmsilçisi olaraq tərəfimdən fəxri fərmanla təltif edildi. Şahidi olduğum bütün uğurlar bu gün də dillərdə danışılır. İrəvan Azərbaycan Teatrının kollektivi daha sonra, 2014-cü ilin 8-12 may tarixlərində, Gürcüstan Teatr Xadimləri İttifaqı və “Günəş” Assosiasiyasının dəvəti ilə Gürcüstanın Tiflis, Rustavi, Qardabani, Marneuli, Bolnisi rayonlarında Azərbaycanın dövlətçilik tarixini əks etdirən, şair-dramaturq, istedadlı aktyor və rejissor, həmyerlimiz İftixar Piriyevin müəllifi olduğu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, o dahi şəxsiyyətin ideyalarını təbliğ edən “Nurlu ömrün anları” mənzum tamaşası ilə qastrol səfərinə gəldi. Bu səfər də əvvəlki səfərlər kimi uğurla keçdi. 2015-ci ildən başlayaraq isə, İrəvan Azərbaycan Teatrı Heydər Əliyev Fondunun vitseprezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və təşviqat kompaniyası kontekstində Gürcüstanda müxtəlif əsərlərlə sanballı, geniş təbliğat və təşviqat işləri aparır. Bu işlər sırasında 26 fevral 2015-ci ildə, gürcü yazıçısı Nodar Dumbadzenin əsərlərinin motivləri əsasında hazırlanan “Didro” tamaşasını xatırlamaq istəyirəm. Tamaşa İrəvan Teatrının, Gürcüstan Mədəniyyət və Abidələrin Qorunması Nazirliyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının birgə layihəsi olaraq təqdim olunurdu. Tamaşanın ilk premyerası Bakı şəhərində gerçəkləşmişdi, ikinci tamaşası isə N.Dumbadze adına Tiflis Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanıldı. Layihənin məzmunu və yüksək peşəkarlıqla təqdim olunan tamaşa İrəvan Azərbaycan Teatrının kollektivi ilə birgə, Tiflis Azərbaycan Teatrının kollektivinə də, gürcü sənət xadimlərinin, eləcə də həm gürcü, həm də azərbaycanlı ziyalı təbəqəsinin rəğbətini qazandırdı. İrəvan Azərbaycan Teatrı bütün qastrol səfərlərində: Yüksək bədii keyfiyyətli tamaşaları ilə Tiflis teatr ictimaiyyətinin diqqətini cəlb edir; Gürcüstanda yaşayan azərbaycanlılara mədəni xidmət göstərməklə yanaşı, maarifləndirmə işini təmin edir; Tiflis Azərbaycan Dram Teatrının inkişafına kömək göstərir; Gürcü mühitində Azərbaycanın milli-mənəvi dəyərlərini geniş miqyasda təbliğ edir; Azərbaycançılıq məfkurəsinin təbliğini təlqin edir; İrəvan Azərbaycan Teatrının simasında İrəvan həqiqətlərini dünyaya aydınladır və s. Hesab edirik ki, bu cür fəaliyyət prinsipi bir sənət ocağı olaraq İrəvan Azərbaycan Teatrının misilsiz xidmətidir.

Belə yüksk səmərəli xidmətlərini və 140 yaşının tamam olmasını nəzərə alaraq, unudulmaz C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının dəyərli kollektivini Gürcüstanda yaşayan azərbaycanlılar adından ürəkdən təbrik edirik! Onları Gürcüstanda hər zaman gözləyirik! Hörmətli Anar müəllim! Teatrın 140 illiyi münasibəti ilə, bu doğma kollektivin Gürcüstanda yaşayan azərbaycanlılarla növbəti görüşünün təşkil olunmasına köməklik göstərmənizi Sizdən xahiş edirik!”



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ