Bazar günü günü, 16 avqust 2026
     

ƏDV-nın ləğvi nəşriyyatlarda da geniş müzakirə doğurub - iqtisadi təhlillər aparılır...

Image


Məlum olduğu kimi, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən  (ƏDV) azad edilib. Adları qeyd edilən sahələrdə 18 faiz ƏDV tutulmayacaq.

18 faiz ƏDV-nin ləğv edilməsi qərarının nəşriyyatlarla bağlı hissəsini necə qiymətləndirmək olar? Nəşriyyatların iqtisadi vəziyyətinin dəyişməsində hansı təsirləri, rolu gözlənilir? Bu, nəşriyyatların iqtisadi vəziyyətinə müsbət mənada hansı təsirləri göstərəcək?

“Çinar yayımları” nəşriyyatının rəhbəri Bəhram Oruclu baki-xeber.com-a açıqlamasında bildirdi ki, qəbul edilən bu qərar ölkəmizdə nəşriyyatların iqtisadi cəhətdən güclənməsinə çox böyük dövlət dəstəyidir: “Bu qərarın verilməsi bizi çox sevindirdi. Bu, ölkədə dövlətin nəşriyyat və kitab işinə çox böyük diqqətinin və qayğısının növbəti təzahürüdür. Nazirlər Kabinetinin Qərarı nəşriyyatların iqtisadi müstəqilliyinin, iqtisadi tərəqqisinin daha da möhkəmlənməsinə əhəmiyyətli təsir göstərəcək, nəşriyyatların inkişafına səbəb olacaq. Kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi olduqca mühüm bir məsələdir. 18 faiz ƏDV tutulmaması çox böyük rəqəmdir. 2021-ci ilin dekabrında dövlət başçısı İlham Əliyevin Fərmanı ilə Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqinin də Nazirlər Kabinetinə həvalə olunması çox mühüm məsələ idi və artıq gördüyünüz kimi siyahı təsdiqlənib. Bu Qərar nəşriyyat, kitab çapı məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı şəkildə azaltmaqla inkişafına təkan verəcək. Gözləntilərimiz çoxdur və biz çox qısa müddətdə bu qərarın faydasını görəcəyik”.

“Qiyməti süni şəkildə qaldırmasalar, bu bütün nəşriyyatlara kömək olar”

“Təhsil” Nəşriyyatının direktoru Tural Axundov bizimlə söhbətində bildirdi ki, ilk növbədə nəşriyyatlar üçün kitabın maya dəyərinin aşağı düşməsi maraqlıdır: “Yəni kitabın maya dəyəri nə qədər aşağı olarsa bir o qədər də kitab ucuz satılar və bütün nəşriyyatlara eyri olar. Sadəcə, əfsuslar olsun ki, burada bir motiv var. Kağızın dəyərində endirim olmasa, ƏDV-ni oradan çıxmasalar heç bir dəyişiklik olmayacaq. Yəni burada əsas məsələ kağız gətirənlərin, satanların ƏDV-ni ordan çıxmasıdır. Çünki indiki dövrdə bir az kağız sıxıntısı var. Onu yəqin ki, siz də bilirsiz, araşdırırsız. 8 manata olan A4 arada 11 manata qalxdı. Bu kağızın Azərbaycana idxalının dəyərinin yüksək olmasıdır. Ancaq indi ƏDV-ni çıxmaqla qiyməti süni şəkildə qaldırmasalar, bu bütün nəşriyyatlara kömək olar. Düzdür, burada ikinci bir motiv də var ki, hazır kitab idxalı da 18 faiz ƏDV-dən azad olundu. Azərbaycanda mətbəələrin vəziyyəti bir az yaxşı olmaya bilər. O baxımdan ki, uzağa getməyək, yaxın Türkiyədə kitabın əmələ gəlməsi nisbətən bizdən bir qədər ucuzdur. Sadəcə, onun yol xərci, gətizdirilməsi, ƏDV-si, idxal rüsumunu da onun üzərinə gələndə ora heç kəs getmirdi.  Amma bu gün Azərbaycanda süni şəkildə kitab kağızının dəyəri qalxacaqsa hamı gedib kitabları Türkiyədə çap etdirib ölkəyə  gətirəcək. Bilmirəm, qiymətlər süni şəkildə artacaq, ya artmayacaq, amma artacaqsa nəşriyyatların yox, mətbəələrin vəziyyəti pisləşəcək... Əslində bir kitabın dəyərinin azalması üçün çap üçün bütün materialların qiyməti düşərsə daha yaxşı olardı. Çünki kitab nəşrində kağızdan başqa da çeşidli materiallardan istifadə olunur. Kağızın qiyməti ƏDV-dən azad olsa da, Azərbaycanda işbazlar, kağız gətirənlər süni şəkildə qiyməti yenidən qaldırmasalar, həqiqətən də qiymətdən 18 faizi çıxsalar bunun yaxşı təsiri olacaq. Yox, əgər bunu etməsələr olmayacaq. Bununla bağlı bazarda da sorğu keçirə bilərsiniz. Azərbaycanda 3-4 nəfər topdansatış kağız satan var. Qiymətləri aşağı salsalar əladır, bahalaşma olarsa heç bir müsbət təsiri olmayacaq. Hər şey olduğu kimi qalacaq”.

“Bu, Azərbaycanda kitab, nəşriyyat işini iqtisadi və digər baxımlardan daha yüksək səviyyəyə qaldırmağımız üçün bir stumuldur, səbəbdir”

“Şərq-Qərb” nəşriyyatının Baş redaktoru Nərgiz Cabbarlı da bizimlə söhbətində bildirdi ki, əslində bu çoxdan qaldırılan məsələdir. “Bilirsiz ki, uzun illərdir nəşriyyatlar arasında müxtəlif müzakirələrdə bu barədə məsələ qaldırılırdı, aktuallaşdırılırdı, müzakirələr aparılırdı, çox fikir ayrılıqları olurdu. Amma ümumi olaraq nəşr işi ilə məşğul oldu olmadı hər kəsin, hətta adi oxucunbun belə düşüncəsi, istəyi bu idi ki, ƏDV ləğv olunsun. Hamımız belə ümid edirik ki, kağız üzərindən ƏDV-nin 18 faiz götürülməsi kitab nəşrini daha yaxşı vəziyyətə gətirəcək, daha üstün müstəviyə daşıyacaq. Eyni zamanda kitabın qiyməti daha da ucuzlaşacaq, kitab oxucuya daha da yaxınlaşacaq, kitab naşirləri və kitab nəşr etmək istəyənlər daha asanlıqla öz istəklərinə nail olacaq. Bu Azərbaycanda kitab, nəşriyyat işini iqtisadi və digər baxımlardan daha yüksək səviyyəyə qaldırmağımız üçün bir stumuldur, səbəbdir. Amma bunun əks tərəfləri də olacaq. Nəşr prosesi prosesi başqadır, çap prosesi başqadır. Kağız qiyməti daha çox çapla bağlı məsələdir. Amma bütövlükdə götürdükdə yenə də  bu bizim sifarişçi ilə olan işimizdə öz təsirini göstərir. Yəni sifarişçidən sifarişi qəbul etməyimizdən, onun istəyinə uyğun olaraq hər hansı prosesləri yerinə yetirməyimiz qiymətdən çox asılıdır. Bunla bağlı düşünürəm ki, kağızın qiymətinin qaldırılması məsələsi də var. Bir tərəfdən 18 faiz ƏDV götürüldü, o biri tərəfdən kağızın qiyməti yüksəlməkdədir. Bunu çap işi ilə məşğul olanlar çox yaxşı bilirlər. Bir tərəfdən ƏDV götürülüb o biri tərəfdən kağızın qiyməti qalxacaqsa bununla hansı nəticəyə nail olacağıq? Bu cür problemlər var”.

Kitab çap etmək istəyənlərin çox olduğunu deyən N.Cabbarlının sözlərinə görə, yaza bildi-bilmədi, çoxları kitab çap edir və nəticədə də, təəssüf ki, lazımsız kitablar bazarda yer alır. Baş redaktor hesab edir ki, bazarda təsadüfi kitablar həddən artıq çoxdur, çünki bir az pulu olan və bir az cızma-qara edən kitab çap etdirir. “Əgər həqiqətən də qiymət 18 faiz aşağı düşəcəksə və kağızın qiymətində artım olmayacaqsa, bu bir tərəfdən də kitab nəşrini əlçatan edəcək. Bu da bir başqa cür problem olacaq. Mən bu məsələnin nəşriyyatlar üçün  müsbət tərəflərini  azaltmağa çalışmıram, əksinə, mən də hamı kimi sevinirəm ki, belə bir qərar verildi. Çünki dünya ölkələrində belə bir şey yox idi və kitab üzərində ƏDV tətbiq edilmirdi. Bu təbii ki, sevindirici haldır və biz hamımız buna sevinirik. Çünki bu kitabı oxucuya daha da yaxınlaşdıraq, alıcılıq imkanlarına daha da genişlik verəcək addımdır. Alqışlayıram, sevinirəm. Hamını da, nəşriyyatla bağlı bütün insanları, oxucuları təbrik edirəm. Ümid etdiyimiz, arzuladığımız, gözlədiyimiz o nəticə olacaq. Sevindirici haldır ki, son dövrlər Azərbaycanda kitab sferasında çox mühüm işlər görülür...” – deyə N.Cabbarlı bildirdi.

İradə SARIYEVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ