Azərbaycanın beş sülh təklifinə Ermənistan XİN cavab verdi. Cavabın özü yox, onun arxasındakı niyyət və yeni erməni bicliyi bizim üçün daha maraqlıdır. Xİ naziri Ararat Mirzoyanın dediklərinə baxın: "Dağlıq Qarabağ ərazi yox, hüquq məsələsidir. Bizim üçün əsas olan Qarabağ ermənilərinin hüquq və azadlıqları, Qarabağın statusudur".
Bunu özünün sosial media hesabında “Bakı Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb. Politoloq sözügedən paylaşımında diqqəti ona çəkir ki, indiyə qədər Qarabağa ərazi iddialarının predmeti kimi baxan ermənilər diplomatik ritorikanı dəyişib:
- Başa düşürlər ki, 44 günlük müharibə nəticəsində Azərbaycan bütün dünyaya ərazi iddialarının əsassızlığını və perspektivsizliyini sübut etdi. Ermənilər yaxşı anlayır ki, Qarabağ məsələsi deyilən mövzunu yeni mərhələyə çıxarmaq, gələcək nəsillərə ötürmək, beynəlxalq gündəmdə saxlamaq üçün onun ideoloji-diplomatik təqdimatnı dəyişməlidirlər. O başqa məsələdir ki, buna nail ola biləcəklər,ya yox. Ancaq bu boyda həngamədən sonra təzədən qalxıb dünyaya necə deyə bilərlər ki, Dağlıq Qarabağ ya bizə verilməli, ya müstəqil olmalı, ya da Azərbaycanın tərkibində qalmamalıdır? Onların məntiqinə görə, bundan sonra Qarabağ mübahisəsini ərazi deyil, hüquq mübahisəsi kimi təqdim etmək nisbətən daha perspektivli ola bilər. Konkret desək, ermənilər "bizim üçün ərazi yox, erməni toplumun hüquqarı mövzusu daha vacibdir" mövqeyinə gəldilər, daha doğrusu, Azərbaycan onu belə mövqeyə məcbur duruma saldı.
A.Quliyevin fikrincə, indi vacib olan odur ki, ermənilərin Minsk Qrupu həmsədrləri formatını yeni hüquqi mübahisənin əsas platforması kimi gündəmə qaytarmaq niyyətlərini pozaq...