çərşənbə günü, 14 oktyabr 2026
     

Novruzun əsrarəngiz gəlişi…

Image


İllərin, qərinələrin sınağı təsdiqlədi ki, təbiətlə insan ruhunun oyandığı gün eyni vaxta təsadüf edir. Xalqımız bu mübarək məqamı - Novruz bayramını həmişə başqa əhval-ruhiyyə, bayram ovqatı ilə qarşılayıb. Xeyirlə şərin mübarizəsi üzərində qurulmuş bu qədim el bayramının kökü çox əskilərə - eramızdan əvvəl 505-ci illərə dayanır. Ömər Xəyyam «Novruznamə» adlı əsərində astronomik tədqiqatlara əsasən göstərir ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır və ilin dəyişməsi deməkdir.

XVII əsrdə yaşamış fransız səyyahı Jan Şarden Şərq ölkələrini səyahətə çıxıbmış. O,Gəncədə, Naxçıvanda, Tiflisdə, İrəvanda, Təbrizdə, İsfahanda olarkən Novruz bayramının iştirakçısı olur və tarixi «Səyahətnamə»sində yazır ki, Səfəvilər yazın gəlişini aşırı təmtəraqlı qarşılayır, süfrələrinə löyün-löyün təamlar, ləbləbilər, qızıl suyuna boyanmış yumurtalar düzürlər. Çünki həmin gün gecə ilə gündüz bərabərləşir. Fransız səyyah bir də ondan heyrətlənib ki, həmin günü şahla cütcü, rəncbər eyni şəkildə qeyd edir. Hamısının süfrəsində eyni təamlar olur. Kosayla keçəlin oyunlarından bəhs edən səyyah bu oyunda xeyirin şər üzərində zəfərinə sevinən türklərin inancını da yüksək qiymətləndirərək, onların torpağa və təbiətə bağlı xalq olduğunu xüsusi vurğulayıb. Buna misal kimi səməni göyərtməkdən bəhs edib: “Səməni onların qutsalıdır, buğdanı evdə göyərtsələr də, təbiətə “oyan artıq, səni gözlədik, özlədik”, deyə xitab etməsidir”.

Əziz oxucular, mövzuya bir az tarixdən baxışım səbəbsiz deyil. Novruz bütün dinlərdən öncə yaranmış və sırf türk xalqlarının məişətinə, ailə dəyərlərinə, sosial həyatına və təbiətlə bağlılığına, torpağın oyanışına, dirilişinə, insanların bir-birlərinə sevgiylə, qayğıyla yanaşmasına xidmət edən bayramdır. Azərbaycan xalqının məişətində, mədəniyyətində və mənəviyyatında Novruzun dəyəri və rolu təkrarsızdır. Böyüklərə hörmət, imkansızlara yardım, qonşuya qayğı, küsülüləri barışdırmaq, paylaşmaq və bayramlaşmaq kimi yüksək insani keyfiyyətlər minillərdir xalqımızın milli şüurunda inkişaf edərək, yüksək mənəvi ucalığına səbəb olub. Novruzqabağı evini-eşiyini təmizliyib, xalısını, gəvəsini, palazını yuyub arıtmaq da xalqımıza məxsus ən üstün mənəvi dəyərlərindən biridir. Bəlkə də belə bir ritual dünyanın heç bir xalqına məxsus deyildir.

Mətbuatımızın cəfakeşi Həsən bəy Zərdabi vaxtilə “Quyruq doğdu, çillə çıxdı” adlı məqaləsində yazırdı: «Təəccüblüdür ki, heç bir yerdə oxumamış kəndlimiz filan ayın neçəsi olduğunu, hətta ayların adını belə bilməyir, amma təsbehini çevirib Novruzdan tutub hesab çəkərək, quyruq doğmağa neçə gün qaldığını, çillənin nə zaman çıxacağını bilir. Bundan belə məlum olur ki, bu hesab çox doğru və asan hesabdır...”

Bu faktlar göstərir ki, Novruz kor-koranə qəbul edilməyib, elmi şəkildə təsdiqini tapıb. Xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlıdır bu müqəddəs bayram. Böyük çillə, kiçik çillə və boz ayı xüsusi ayin və mərasimlərlə, tonqal qalamaqla keçirən türk elatı ilaxır çərşənbəni qovurğa qovuraraq, bir-birlərinə bayram payı aparar, qonaq gedərək, sabah erkəndən su kənarına gedib su çiləyərək qarşılayıb. Bu gözəl ənənələr minillərdir ki, nəsildən-nəslə keçərək milli bayramımız kimi qeyd edilir.

Kitabi Dədə-Qorqudda da Novruz bayaramının işarətləri çoxdur. Ulu dədəmiz hər yaz bayramında xalqına: “Ağaclarınız çiçəkləsin, sularınız axsın, alaca gözlü ocaqlarınız çatır-çatır yansın, evləriniz işıqlansın, quzularınız otlasın, uşaqlarınız oynaşsın” deyə, dualar edərmiş. Hər Novruz xalqımız təbiətə, torpağa, əkib-becərməyə, yaratmağa və yaşatmağa daha möhkəm bağlanır. İki ildir ki, düşmən tapdağından azad olmuş yurdlarımızda Novruz havası yaşanır, tonqallar çatılır, torpağın buğunun ətri ətrafa yayılır. Bizi qarşıda o yurd yerlərini cənnətə çevirmək kimi müqəddəs işlər gözləyir. Ölkəmizin başçısından tutmuş ən sıravi vətəndaşımıza qədər biz də bu müqəddəs vəzifəmizi yerinə yetirməyə hazırıq.

Böyük şairimiz Səməd Vurğunun bir şeri baharın gəlişini necə gözəl ifadə edir:

Göylərə baş çəkir Göyəzən dağı,

Axşam açıq olur ayın qabağı,

Bizim gəlinlərin bayram qabağı,

Fəsəli yaymağı yadıma düşdü.

Xalqı birləşdirən bayram şənliklərinin füsunkarlığına baxın. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini gözəl, yamyaşıl səməni bəzəyir, Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.

Bu ilaxır çərşənbə günündə ulu öndərin hələ 1998-ci ildə dediyi: - “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Fikirlərini dönə-dönə təkrar edirəm. İnamın, gələcəyə baxışın qətiliyi, dəyişməzliyi insanda qürur hissi doğurur. Bir daha bu azərbaycanlı dahinin millətimizin payına düşdüyünə sevinirəm.

İndi biz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırmasının canlı şahidi olduğumuzdan özümüzü dünyanın ən öəxtəvəri hesab edirik. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Qoy Novruzun suları gurhagur axsın, torpaqda sünbüllər göyərsin, qız-gəlinlərimiz ocaq başında yuxa açsın, fəsəli bişirsin, torpağımıza, daşımıza təzə nəfəs gəlsin. Hər şey dəyişsin, təzələnsin.Təbiətdəki zümrüdlük insan ömrünün rənginə yeni çalarlar gətirsin. Bayramınız mübarək olsun.

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti,

YAP Yevlax rayon təşkilatı ərazi partiya təşkilatının sədri

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ