Ermənistanın Zəngəzur dəhlizini iki ilə yaxın müddətdə süründürməsinə cavab olaraq Azərbaycan tutarlı layihə çıxardı - İran ərazisindən Naxçıvana dəhliz.
Bu sözləri özünün sosial media hesabında “Bakı Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb. Politoloq bildirir ki, şərti olaraq "Naxçıvan dəhlizi" adlandıra biləcəyimiz yeni layihə Zəngəzur dəhlizinin alternativi deyil və bu layihəni Azərbaycanın Zəngəzur dəhlizindən imtinası və ya ondan vaz keçməsi kimi dıyərləndirmək olmaz: “Zəngəzur dəhlizi, prezident Əliyevin dediyi kimi , nəyin bahasına olsa da açılacaq. .Zəngəzur dəhlizi ilə bağlı dövlətlərarası sənədlərin və İran üzərindən Naxçıvana yeni dəhliz açılması barədə anlaşmanın imzalanmasının hər ikisi Azərbaycan diplomatiyasının böyük uğurlarıdır. Dövlətin bir uğuru digərini istisna etmək üçün ərsəyə gətirilmir ki!