Çanaqqalanın Avropa və Asiya sahillərini birləşdirən "Çanaqqala 1915" körpüsünün tikinti sahəsinə hər biri 75 ton ağırlığında 4 ədəd top mərmisi gətirilib.
Baki-xeber.com-un xəbərinə görə, bu fiqurlar nəhəng asma tikilinin qüllələrini taclandıracaq və 1915-ci ildə Çanaqqala savaşını tarixi zəfəri xatırladacaq.
Top mərmilərinin tikintisi və daşınması Çimtaş şirkəti tərəfindən həyata keçirilib. Eyni şirkət körpü üçün dayanıqlı polad konstruksiyaların istehsalçısıdır.
Çimtaşda top mərmilərinin istehsalına 2021-ci ilin oktyabrında başlanılıb. Fiqurlar Çanaqqala savaşının qəhrəmanı Seyit Onbaşının qaldırdığı top mərmisini simvolizə edir.
Top güllələri 20,5 metr hündürlükdə olan körpü qüllələrinin üstündə yerləşdiriləcək.
Top güllələrinin fiqurları 92 metr uzunluğunda GMK-1 gəmisi ilə Bursanın Gəmlik limanından Çanaqqala vilayətinə aparılıb.
Səhər saatlarında gəmi Mərmərə dənizindən Çanaqqala boğazına daxil olub.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Çanaqqala 1915" asma körpüsünün Çanaqqala boğazı üzərindən açılışının martın 18-də baş tutacağını bildirib.
Çanaqqala körpüsünün 87 hissəsinin hər birinin çəkisi 700 tondur: eni 45 metr, uzunluğu 48 metrdir.
2017-ci il martın 18-dən tikintisi davam edən yeni körpünün uzunluğu 2023 metr olmaqla dünyanın ən uzun mərkəzi körpüsüdür.
Rəqəm təsadüfi deyil, Türkiyənin dünyanın ilk on iqtisadi gücü sırasına daxil edilməsinə yönəlmiş “2023-cü il Türkiyənin İnkişaf Layihəsi”ni xatırladır.
Körpünün mərkəzi keçidi 1991 metrlə hazırkı dünya rekordunu - Yaponiyadakı Akashi-Kaikyo körpüsünün aşırımını qırıb.
Çanaqqala boğazı üzərində altı zolaqlı (hər istiqamətdə üç) asma körpünün ümumi uzunluğu 4608 metrə çatır.
Körpü sayəsində Çanaqqala boğazından keçən səyahət müddəti 6 dəqiqəyə enəcək.
Layihənin həyata keçirilməsi İstanbuldan ölkənin Egey bölgəsinə alternativ və daha qısa marşrut yaradacaq.
Yeni nəqliyyat marşrutu turizmin inkişafına mühüm töhfə verəcək, Türkiyənin qərbindən və şimal-qərbindən malların tədarükünü asanlaşdıracaq, Asiya ilə Avropa arasında nəqliyyatı asanlaşdıracaq.
Körpünün istifadəyə verilməsi üçün 2022-ci il martın 18-i təsadüfi seçilməyib.
Məhz 1915-ci ilin bu günü Çanaqqala savaşı zamanı türk artilleriyası İstanbula keçməyə çalışan ingilis-fransız birləşmiş donanmasını nəhayət məğlub edib.
Bu hadisə Türkiyəyə öz müstəqilliyini qorumağa, Bosfor və Dardanel boğazlarına nəzarəti saxlamağa imkan verən döyüşün əsas məqamlarından biri olub.