çərşənbə günü, 14 oktyabr 2026
     

QAT erməni vəhşiliklərinə dair materialların toplanmasına start verdi

Image


Fevral ayının 18-dən etibarən Qarabağ Azadlıq Təşkilatının regionlarda görüşləri başlayıb. QAT Mətbuat Xidmətindən baki-xeber.com-a bildirildiyinə görə, budəfəki tədbir “Ağdam və Tərtərdə II Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərər” mövzusunda həyata keçirilən layihə çərçivəsində torpaqlarımızın erməni vandalları tərəfindən işğalı, habelə müharibə nəticəsində dinc əhaliyə qarşı törədilmiş terror aktları ətrafında faktların toplanması və dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə təşkil olunub. Təşkilatın sədri Akif Nağı və digər təmsilçiləri – Fərman Məmmədov, Şirzad Pirallahi və Novruz Novruzov ilk olaraq Ağdam rayonunda ictimaiyyətin nümayəndələri, QAT-ın yerli təşkilatının üzvləri və ictimai fəallar, habelə zərərçəkmiş şəxslər, onların ailə üzvləri ilə görüşlər keçiriblər.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevlə söhbət zamanı hakimiyyət təmsilçisi bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. Vətən müharibəsiinin gedişində erməni silahlı birləşmələri tərəfindən Ağdam rayonunun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə külli miqdarda zərər dəyib. Bu faktlar üzrə Nazirlər Kabineti tərəfindən yaradılmış İşçi Qrupları tərəfindən 1851 akt tərtib edilib. Tərtib edilmiş bütün aktlar üzrə icra strukturları müvafiq tədbirlər görmüş, zərər çəkmiş evlər ya əsaslı təmir edilmiş, ya da yenidən tikilib.

İctimaiyyətin nümayəndələri ilə görüşdə QAT sədri Akif Nağı bildirib ki, dövlətin öz vətəndaşlarının qayğısını çəkməsi, erməni qəsbkarları tərəfindən əhaliyə vurulmuş zərərin ödənilməsi zəruri təbii prosesdir. Bu belə də olmalıdır. Çünki ümummilli məsələlərdə “dəmir yumruq” anlamında birləşmiş xalqın idarəçiliyində bu addım mühüm amildir. Ancaq, bu, elə bir həssas prosesdir ki, hər bir problem şaxələnmiş şəkildə məntiqi ardıcıllıq əsasında yeni məsələlərlə müşahidə olunur. Yəni, bir problemin həlli qurtarandan sonra eyni obyekt üzrə yeni vəzifələr meydana çıxır, yaxud, ola bilər ki, vətəndaş heç də hər zaman ona göstərilən qayğıdan razı qalmır. Bunlar da normal prosesdir. Əsas odur ki, dövlət daim vətəndaşının yanında olsun, onun yaşamaq və yaratmaq potensialının praktiki tətbiqinə kömək etsin.

QAT yerli təşkilatının sədri Xəyalə Xudadatova və üzvləri, habelə zərərçəkmişlərlə dəyirmi masa ətrafında keçirilmiş söhbətdə mövzu ətrafında müzakirələr aparılmış və zərərçəkənlərin özləri dinlənib. “Dəyirmi masa”da iştirak edən 27 nəfərin hamısı ilk növbədə Azərbaycan xalqının, müzəffər ordumuzun və ağıllı siyasəti və rəhbərliyi ilə xalqın qəlbini fəth etmiş Prezident, Ali Baş Komandan İlham Əliyevin fədakar əməyindən razılıqla bəhs ediblər. Söhbətin iştirakçısı olan, ailə üzvlərindən 4 şəhidin dağını ürəyində daşıyan qazi Mehman Göyüşov erməni faşizminin törətdiyi dəhşətli əməllərdən bəhs edərkən bildirib: “Ermənilərin etdiklərini şüursuz sayılan heyvan da etməz”.  İki oğlundan böyüyünün torpaqlarımız uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmış Maya Quliyevanın övlad dərdi onu erməni vəhşiliyinə qarşı üsyana çağırır. Maya xanım II Qarabağ müharibəsindən əvvəl erməni snayperi tərəfindən qətlə yetirilmiş kiçik yaşlı məsum şəhidimiz Zəhranı da xatırlayaraq “ermənidən bizə dost olmaz” aforizmini hiddətlə meydana atdı. Şəhid anasının fəryadı erməni faşizminin insanlara gətirdiyi bəlaların bariz ifadəsi idi. “Biz ermənilərə heç nə etməmişik, amma ermənilər bizə zülm ediblər” deyən Ağdam rayon sakini Hüseyn Məmmədov bildirdi ki, biz ağdamlılar torpağa bağlı insanlarıq, məramımız humanizm və sülhpərvərlikdir. Tamam Qasımova Xocalı soyqırımını törədən ermənilərin öz əməllərinə görə ədalət məhkəməsində cavab verməli olduqlarını, Siyafət Fərzalıyeva Vətən yolunda şəhid olan övladı ilə fəxr etdiyini dilə gətirdi. Canqar Məmmədov, Mirəli Manafov, Əlvan Cəfərov və başqaları öz problemlərindən və bunların dövlət tərəfindən qarşılanmasından danışmaqla yanaşı elliklə bir arzunu ifadə etdilər: “İnşallah, tezliklə bayrağımız Xankəndidə dalğalanar”.

İki saat davam edən “Dəyirmi masa”nın sonunda Ağdam RİH başçısı Vaqif Həsənov da söhbətə qoşuldu. Başçı iştirakçılardan üzr diləyərək bildirdi ki, rayonun Milli Qəhrəmanı Yaşar Hüseynovun  atasının dəfn mərasimində iştirak etdiyi üçün tədbirə gec qoşulub. V.Həsənov əsəs mətləbin zərəçəkmiş insanlara dövlət qayğısının yüksək səviyyədə yerinə yetirilməsinin olması barədə danışaraq QAT-ın tədbirinin əhəmiyyətli olduğunu diqqətə çatdırdı. “İlk növbədə dünya ictimaiyyətinə erməni vandalizminin iç üzünü tanıtmaq baxımından bu layihə böyük rol oynayacaq” deyən V.Həsənov layihəni həyata keçirən QAT üzvlərindən xahiş etdi ki, zərərçəkmiş əhali arasından daha az tanıdılan insanların dərdləri öyrənilsin, ictimailəşdirilsin və icra orqanlarının diqqətinə çatdırılsın. Ona görə ki, faktların çoxluğu hansısa problemin həllini gecikdirə bilər. Bu cür tədbirlər narazılıq doğuran məqamların üzə çıxarılmasında bəzən həlledici rol oynayır. Məsələn, evləri uçub dağılmış vətəndaşlardan indiyədək 200-ə qədər narazılıq mesajları alınıb. Artıq bu məsələlərin 175-i, məhz, zərərçəkmişin arzu etdiyi şəkildə həll olunub. Təbii ki, bu cür problemlərin həllində qanunun və faktların hökmü əsas götürülür. Yerdə qalan faktlar da araşdırılaraq lazımı tədbirlər görüləcək.

Ağdamda QAT-ın başladığı layihə Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir. Layihənin gerçəkləşdirilməsi davam edir.

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ