“Bakı Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev Rusiya prezidenti Vladimir Putinin Donbasda baş verən hadisələri “soyqırım” adlandırmasına münasibət bildirib. Politoloq bununla bağlı özünün sosial şəbəkə hesabında yazır:
Rusiya prezidenti V.Putin Almaniyanın xarici işlər naziri Şoltsa dedi ki, Donbasda baş verənlər soyqırımdı.
Əvvəla, hələ Putindən başqa kimsə müasir Ukraynada soyqırım mövzusunu qaldırmayıb. Bu səbəbdən onun real olub-olmadığı hələ bəlli və maraqlı da deyil.
İkinci, Kreml sahibi bilməlidir ki, nə qədər ki, Xocalı kimi real soyqırım faktı Rusiyada rəsmən tanınmayıb, Donbasda soyqırım təşviqatlarına inanan olmaz. Xüsusilə Azərbaycanda...
Baki-xeber.com