Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Azərbaycanla münasibətlərdən danışdı

img

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar BBN Türk-də yayımlanan "Ceviz Kabuğu" adlı proqrama qatılaraq, gündəmlə bağlı açıqlamalar verib, sualları cavablandırıb. 
 
Baki-xeberəcom-un xəbərinə görə, Ersin Tatar BBN Türk-ə verdiyi açıqlamada, “Şərqi Aralıq dənizindəki sərvətlər ortaq sərvətdir. Hüquqlarımızı sona qədər qorumalıyıq”, deyib. 

Rum tərəfinin Şərqi Aralıq dənizindəki zənginliyi öz xeyrinə çevirməsinə icazə verməyəcəklərini ifadə edən Tatar, “Bütün bunlar ortaq sərvətdir. Biz haqqımızı sona qədər qorumalıyıq. Bu sərvətlər ədalətli şəkildə paylaşılarsa, həm KKTC, həm də Türkiyə Cümhuriyyəti üçün böyük iqtisadi fayda verəcək” bildirib.

Ersin Tatar həmçinin qeyd edib ki, Şərqi Aralıq dənizinin sərvətlərinin Türkiyə üzərindən Avropa bazarına çıxarılması ən düzgün və məntiqli yoldur. 

Prezident Kıbrısda iki ayrı xalqın olduğunu ifadə edərək, "Bundan sonra birlikdə yaşamaq, birləşmək mümkün deyil" deyib. Türk-rum balansının qorunmasının vacibliyinə diqqət çəkən Tatar, "Kıbrısın AB-yə qəbul edilməsinin Türkiyəyə əleyhinə tərəzini əyməkdir", deyərək Annan Planı’na rum tərəfinin "xeyr" deməsinə  rəğmən birtərəfli qaydada AB-yə üzv olmağın böyük bir qanunsuzluq olduğunu bildirib. Tatar, “Bizim yeni bir siyasətimiz var ki, yalnız Kıbrısda iki ayrı suveren dövlət suveren bərabərlik əsasında razılığa gəldikdə kompromis ola bilər. Əks halda, illərlə sınanan, lakin nəticəsiz qalan federal çərçivə razılaşması, çoxluğun azlığı idarə edəcəyi və Türkiyə Cümhuriyyətinin Aİ-də olmadığı üçün zamanla Türkiyənin adadan çıxarılmasını nəzərdə tutur. Bütün bunlar danışıqlar protokollarında var”, - deyə o bildirib. 

Ersin Tatar  türk cümhuriyyətləri, xüsusilə də Azərbaycanla əlaqələrə toxunaraq, KKTC universitetlərində türk cümhuriyyətlərindən, xüsusən də Azərbaycandan çoxlu müəllim və tələbələrin olduğunu, Kıbrıs Türk xalqı ilə Azərbaycan xalqı arasında qarşılıqlı yaxınlaşmanın olduğunu bildirib. 

Peşə etikası

Son xəbərlər