Qadınları aldadaraq Türkiyəyə aparan şəxs 9 il iş aldı

img

Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib.

Baki-xeber.com-un  məlumatına görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq İstanbul şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Zaqatala rayon sakini Sevinc Durmuşova tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci və 144-3.4-cü maddələri ilə (İnsan alveri) başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən S.Durmuşova Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Peşə etikası

Son xəbərlər