Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı - İbrahim Kalın

img

Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezindetinin mətbuat katibi İbrahim Kalın Türkiyənin Çikaqodakı Baş Konsulluğunda ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.

İ.Kalın suala cavabında deyib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhval-ruhiyyəni öz mənsubiyyətinin bir hissəsinə çevirib:

"Qafqazda çox fərqli proses gedir və indi bu diasporun bütün enerjisi, arqumentləri üzərində qurduğu struktur dağılmaq üzrədir. Hazırda Qafqazda Türkiyə-Ermənistan və ya Türkiyə-Ermənistan münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi, müstəqilliyini əldə etməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb".

Peşə etikası

Son xəbərlər