BMT-nin baş katibi dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırdı...

Hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır.
Bu barədə BMT baş katibi Antonio Qutteriş öz "Twitter" səhifəsində yazıb.
A.Quterreş bildirib: "COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Hazırkı səhiyyə sistemi böhranını həll edərkən, növbəti vəziyyətə hazırlaşmalıyıq".
BMT rəhbəri çağırış edərək qeyd edib: "Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni verək".