çərşənbə günü, 14 oktyabr 2026
     

Vaksin edilməyənlərə pul, həbs cəzası...

Image


Koronavirusun “omikron” adı almış yeni ştammının sürətlə yayılması dünya ölkələrinin bir çoxunun yenidən sərt məhdudiyyətlər tətbiq etməsi ilə müşayiət olunmaqdadır. Belə bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri maska taxılması və əllərin yuyulması kimi öz effektivliyini təsdiqləmiş tədbirlərdən geniş istifadə olunmasını təklif edir. ÜST-nin nümayəndəsi Kristian Lindmeyer bu xüsusda qeyd edib: “Olduğunuz məkanda maska taxın və otağı havalandırın, mümkün qədər əllərin və bədənin gigiyenasına riayət edin. Biz bilirik ki, bu tədbirlər effektivdir”.

Lindmeyer xatırladıb ki, yeni ştammın xüsusiyyətləri öyrənilir, mövcud vaksinlərin bu variantdan hansı dərəcədə müdafiə edəcəyi doğru-dürüst məlum deyil: “Düzü, şübhə var ki, yeni ştamm digər məlum ştammlarla müqayisədə daha asanlıqla ötürülür və COVID-19 xəstəliyini keçirənləri də yoluxdurmağa qadirdir. Qarşımızda nəyin olmasını tam başa düşməkdən ötrü bizə daha iki həftə lazımdır. “Omikron” narahatlıq doğuran heç də yeganə ştamm deyil. “Delta” hələ də bizimlədir və ümumiyyətlə, COVID-19 pandemiyası hələ bitməyib. Bütün dünyada xəstəxanaların qəbul şöbələri peyvəndlənməyən insanlarla doludur. Xəstəliyin ağır gedişatının və ölüm hallarının göstəriciləri əsasən peyvənd olunmayanların payına düşür”. Yaranmış vəziyyətdə bir sıra ölkələr vaksin prosesini sürətləndirmək üçün daha sərt tədbirlərə əl atır. Məsələn, Yunanıstan hökuməti yaşı 60-dan çox olanlar üçün məcburi vaksinasiya qaydası tətbiq edir. Ölkənin baş naziri Kiriakos Mitsotakis bu addımı atmağa məcbur qaldıqlarını bildirir: “Bu bizim sağlamlığımız üçün ödəməli olduğumuz bədəldir” Qaydaya görə, yaşı 60-dan çox olanlar birinci dozanı gələn il yanvarın 16-dək vurdurmalıdır. Əks halda onları hər ay 100 avro cərimə gözləyir. Bu da bildirilir ki, sözügedən cərimələr xüsusi fondda toplanacaq və xəstəxanaların maliyyələşdirilməsinə xərclənəcək. Mitsotakis hökumət qərarını onunla izah edib ki, xəstəxanaya düşənlərin əksəriyyəti məhz bu yaş qrupundan vaksin olunmayanlardır. Müxalif “Siriza” partiyası isə yeni qaydanı “cəzalandırıcı tədbir” adlandırıb. Qeyd edək ki, Yunanıstanda orta pensiya 730 avrodur. Yunanıstanın 11 milyonluq əhalisinin 63 faizi iki doza ilə tam peyvənd olunub. Amma eyni zamanda yaşı 60-dan çox olan 520 min yunana vaksin vurulmayıb.

Avstriya da 2022-ci ilin fevralından əhalinin bütün yaş kateqoriyaları üçün icbari vaksinasiya tətbiq etməyə hazırlaşır. Parlamentə təqdim olunması gözlənilən qanun layihəsində peyvənddən imtina edənlərin 7200 avro cərimə edilməsi nəzərdə tutulur. Qanun layihəsindən üçüncü doza və ya busterin də icbari olub-olmayacağı bilinmir. Bu qanuna görə, vaksinasiyadan imtina edənlər rayon icra hakimiyyətinə çağırılacaq. Bu çağırışa iki dəfə gəlməyənlərin 3600 avro cərimə olunması nəzərdə tutulur. Əgər onların vaksindən imtinası başqalarının sağlamlığına təhlükə yaradırsa və ya onlar qanuna tabe olmamaqda davam edirlərsə cərimə 7200 avroya çatdırıla bilər. Vaksindən qəti imtina edənlərə həbsxana cəzası da verilə bilər. Lakin heç kimin fiziki güc tətbiq edilərək vaksinlənməsi nəzərdə tutulmur. Qanun layihəsi parlamentdə dekabrın 6-da müzakirə olunmalıdır. Avstriyada infeksiyaların kəskin artması hökuməti bir sıra ifrat tədbirlərə əl atmağa məcbur edir. Ölkədə noyabrın 22-dən tam karantin elan edilib. Xəstəxanaların və reanimasiya şöbələrinin artıq tam dolduğu xəbər verilir. İtaliya da vaksinlə bağlı sərt tədbirlərə əl atan ölkələr sırasındadır. Xatırladaq ki, oktyabrın 15-dən etibarən İtaliyada vaksin sertifikatını həm dövlət, həm də özəl sektor üçün məcburi edən qanun qüvvəyə minib. Belə ki, bütün işçilərdən COVID-19 əleyhinə peyvənd edildiklərini, infeksiyadan sağaldıqlarını və ya virusla bağlı testin nəticəsinin mənfi olduğunu təsdiq edən sənəd tələb edilir. Bu qaydaya əməl etməyən bütün işçilərə əməkhaqqının azaldılması və digər sanksiyalar tətbiq olunur. Bir sıra digər ölkələr də analoji addımlar atır.

Azərbaycana gəlincə, ölkəmizdə vaksinasiya könüllüdür. Amma hesab olunur ki, peyvənd vurdurmayanlara qarşı müəyyən məhdudiyyətlər qoyulmalıdır. Bu fonda hələlik peyvənd vurdurmayanlara qarşı hər hansı cəza tədbirlərinin görülməsindən söhbət gedə bilməz. Çünki qeyd olunduğu kimi, proses könüllüdür. Proses icbari xarakter daşıyarsa və bu zaman vətəndaş ondan yayınarsa, bu halda qayda pozulması kimi cəza tətbiqi gündəmə gələ bilər. Amma hələlik peyvənd vurdurmayan şəxslərə münasibətdə müəyyən məhdudlaşdırıcı tədbir və qaydalar görülə bilər. Məsələn, peyvənd vurdurmayanların kütləviliyin olduğu qapalı yerlərə, idman zallarına, toylara, yas mərasimlərinə girişi qadağan oluna bilər. Bunun özü də cəza tədbiridir. Amma əsas məqam peyvəndləmə ilə bağlıdır. Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri bu xüsusda bildirir ki, kütləvi vaksinasiya koronavirusun mutasiyaları və çox yoluxucu, son dərəcə təhlükəli ştammların yaranmasının qarşısını almaq üçün vacibdir: "Biz hamımız əvvəlcə bu pandemiya ilə bağlı yanlış fikirdə idik. Mən də bunun qripin bir növü olduğunu düşünürdüm. Hansısa anda kollektiv immunitetə nail ola biləcəyimizi hesab etdik, lakin sonra çox yoluxucu "delta" variantı ortaya çıxdı. İndi biz bilirik ki, virusa şans verməmək üçün illərlə peyvənd olunmağa məcbur olacağıq”.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ