Prezident Ersin Tatar helikopter qəzasında həyatını itirən hərbçilərimizə görə Azərbaycan xalqına başsağlığı verib.
Baki-xeber.com-un xəbərinə görə, Prezident Ersin Tatar dərc etdiyi mesajda “Azərbaycan xalqına və Azərbaycan hökumətinə öz adımdan və dövlətim adından başsağlığı və səbr diləyirəm” yazıb.
Prezident Tatar 14 soydaşımızın ölüm xəbərinin böyük kədərə səbəb olduğunu ifadə edərək, “Bu faciəvi qəzada həyatını itirən azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin; Onların kədərli ailələrinə, əziz Azərbaycan xalqına və Azərbaycan hökumətinə öz adımdan və dövlətim adından başsağlığı verir, səbr diləyirəm” - bildirib.
SAMİRƏ