Bazar günü günü, 16 avqust 2026
     

Dünya ölkələri yenidən sərt karantin rejiminə qayıdır, Azərbaycanda isə…

Image


Koronavirus pandemiyası dövründə dünyada COVID-19-a yoluxanların ümumi sayı artıq 260 milyona çatıb, ölənlərin sayı isə 5,2 milyon nəfər təşkil edir. İndiyə qədər görülən tədbirlərə baxmayaraq, hələ də pandemiyanın öhdəsindən gəlmək mümkün olmayıb. Əksinə, pandemiyanın daha böyük fəsadlara səbəb ola biləcəyinə dair xəbərdarlıqlar edilir.

Məsələn, elə bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klyüge bildirib ki, Avropa ölkələri məhdudiyyətləri sərtləşdirməsə, regionda qışda koronavirus pandemiyası nəticəsində 500 minə yaxın insan həyatını itirə bilər. Onun sözlərinə görə, ÜST Avropada COVID-19-un yayılma sürətinin artmasından çox narahatdır və bununla əlaqədar mütəxəssislər tibbi maska ​​taxmağı davam etdirməyi, eləcə də hələ peyvənd olunmayanların hamısının vaksinasiyasını tövsiyə edir. Klyüge qeyd edib ki, soyuq havaların yaxınlaşması, bir sıra ölkələrdə aşağı peyvənd göstəriciləri, daha çox yoluxucu ştammların yaranması ilə əlaqədar olaraq Avropada koronavirusun növbəti dalğası müşahidə olunur: “COVID-19 yenidən regionumuzda əsas ölüm səbəbinə çevrilib”. Qeyd edək ki, Avropanın bir sıra ölkələri son günlər virusa yoluxma hallarının artmasına görə koronavirus əleyhinə tədbirləri sərtləşdirib. Almaniyanın səhiyyə naziri Yens Şpan bu fonda bildirir ki, qarşıdan gələn aylarda aımanların əksəriyyəti ya vaksinlənəcək, ya da öləcək. Hazırda Almaniyada xəstəxanaların və reanimasiya şöbələrinin koronaviruslu xəstələrlə dolmasına az qalır, tibb personalı və tənəffüs aparatları çatışmır. Həkimlər xəstə çoxluğuna görə tibbi seçim üsulundan istifadəyə hazırlaşır. Bu sistemdə həkimlər yalnız onların fikrincə sağ qalmaq şansı daha çox olanları müalicə edəcək. Almaniyanın səhiyyə naziri bununla bağlı qeyd edib: “Yəqin ki, bu qışın sonunadək Almaniyada az və ya çox hamı vaksinlənəcək, sağalacaq, ya da öləcək. Bu qəddar səslənir, amma reallıq belədir”. Kansler Angela Merkel də bildirib ki, hökumətin koronavirisun yayılmasının qarşısının alınmasına yönəlmiş səyləri kafi deyil və daha sərt tədbirlərə ehtiyac var: “Biz çox dramatik vəziyyətdəyik. Hazırda görülən işlər yetərli deyil”. Almaniyanın Robert Kox Virusologiya İnstitutunun direktoru Lotar Viler isə qeyd edir ki, Almaniyada koronavirus infeksiyasının beşinci dalğası başlaya bilər: “Əlaqə məhdudiyyəti və peyvəndlər müvəffəqiyyətsiz olarsa, mövcud simulyasiyalara görə, bizdə beşinci dalğa da olacaq”. Onun sözlərinə görə, insanlar arasında təmasların məhdudlaşdırılmasına təcili ehtiyac var. O, almanları kütləvi tədbirlərdən, xüsusən də qapalı məkanlarda qaçmağa çağırıb. Ekspert vurğulayıb ki, bu tədbir ölkənin bütün regionlarına aiddir.

Almaniyanın qonşusu Avstriya da yenidən ümumölkə karantininə qayıdıb. Burada peyvənd olunmamış bütün vətəndaşlar üçün karantin rejimi tətbiq edilib. Avstriya kansleri Aleksandr Şellenberq 2022-ci il fevralın 1-dən koronavirusa qarşı məcburi peyvəndin tətbiq ediləcəyini açıqlayıb. O, həmçinin, hamı üçün maksimum 20 gün müddətinə milli lokdaun tətbiq edildyini də açıqlayıb. Onun sözlərinə görə, peyvənd olunmayanlar üçün karantin rejimi əhalinin peyvənd etməyə hazırlığını artırıb, lakin bu kifayət deyil. Qeyd edək ki, bir çox digər Avropa ölkələri də analoji addımlar atır. İtaliya, Fransa, Hollandiya və digərləri yenidən sərt karantin rejiminə qayıdır. Çexiyanın paytaxtı Praqada isə koronavirus pandemiyası çərçivəsində qəbul edilən sərt karantin qaydalarına etiraz olaraq nümayiş keçirilib. Niderland hakimiyyəti koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar yenidən qapanma rejimi tətbiq edib. Ölkənin baş naziri vəzifəsini icra edən Mark Rutte bəyan edib ki, COVID-19 yoluxmalarının sayının artması səbəbindən səhiyyə sisteminə təzyiq yenidən son dərəcə artıb. Niderland da 1,5 metrlik sosial məsafəni yenidən tətbiq edib. Rutte həmçinin hamıya mümkün olduğu qədər distant fəaliyyət göstərməyi tövsiyə edib. İdman yarışları, o cümlədən futbol yarışları tamaşaçısız keçiriləcək. İctimai iaşə obyektləri, eləcə də zəruri malların satıldığı mağazalar saat 20:00-dan etibarən, qalan məntəqələr isə saat 18:00-da bağlanır. Rusiyada koronavirusa görə tətbiq edilən karantin qadağaları sərtləşdirilib. Dünyanın bir sıra digər ölkələrində də analoji addımlar atılır. Azərbaycana gəlincə, bu məsələdə ölkəmizdə vəziyyət bir qədər fərqlidir. TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bu xüsusda bildirir: “Vaksinasiya prosesi başlayandan etibarən bir neçə dəfə yoluxma hallarında ciddi artımlar müşahidə edilib. Buna baxmayaraq, karantin sərtləşdirilməsinə gedilməyib. Buna səbəb ölkədə aparılan vaksinasiya prosesinin müsbət nəticə verməsidir”. O bildirib ki, pandemiyanın ilk dövrlərində vaksinasiya prosesi başlamadığı üçün həmin vaxt qapanmalar yeganə çıxış yolu idi: “İndi isə vəziyyət fərqlidir. Vaksinasiyanın effektivliyini göstərən ən yaxşı nümunə məhz budur. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün həkimlərin də tövsiyəsinə uyğun olaraq buster doza vaksini vurdurmalıyıq”. Bu açıqlamadan da görünür ki, Azərbaycan yenidən qapanmalara getmək niyyətində deyil. Amma bu fonda insanların da ehtiyatlı olması, infeksiya ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməsi olduqca vacibdir.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ