Bu gün Ağdamın azad edilməsindən bir il keçir. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilib. Heç şübhəsiz, bu uğur Prezident İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir.
Qeyd edək ki, Ağdamın azad olunması 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistanın Baş Nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən həyata keçirilib. Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.
İradə SARIYEVA