çərşənbə günü, 14 oktyabr 2026
     

Dövlət reklam Agentliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında qalmaqalın kökləri...

Image


Bakının mərkəzində vurulan reklam lövhələrinin adətən müəyyən problemlər, hətta deyərdik ki, ictimai narazılıq yaratdığı məlumdur. Əsasən də reklamların dili ilə bağlı narazılıqlar olur. Budəfəki problem reklamların dili ilə bağlı deyil. Mətbuatda gedən məlumatlara görə, Azərbaycan Dövlət Reklam Agentliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb kimi isə Reklam Agentliyinin Bakının mərkəzi küçələrində quraşdırdığı reklam lövhələrinin BŞİH-nin əməkdaşları tərəfindən sökülməsi göstərilir. KİV-lər yazır ki, bununla bağlı sahibkarlar yuxarı instansiyalara şikayət edib. Onlar qanuni fəaliyyətlərinə müdaxilə edildiyini və hüquqlarının kobud şəkildə pozulduğunu bildiriblər.

Məsələnin, hətta oktyabrın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycanda reklam bazarı, mövcud vəziyyət, perspektivlər mövzusunda keçirilən forumda da geniş müzakirə olunduğu yazılır. Forumda sahibkarlar müvafiq qurumların, eyni zamanda BŞİH-nin onların işinə müdaxilə etdiyindən şikayətləniblər. Məsələ ilə bağlı Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri mətbuata məlumatı təsdiqləyib:“Həmin foruma bu sahə ilə məşğul olan sahibkarlar da dəvət olunmuşdu. Bu məsələlər orada iştirak edən sahibkarlar tərəfindən qaldırıldı və bunun həlli yolları müzakirə edildi. Sahibkarların bununla bağlı irad və təklifləri oldu. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi həmin tədbirdə iştirak edirdi. Sahibkarlar qeyd edirdilər ki, bununla bağlı müvafiq orqanlara müraciət olunub. Müvafiq orqan deyəndə, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin də əməkdaşları var idi. Hazırda bu məsələyə baxılır...”

BŞİH Reklam Agentliyinin Bakının mərkəzi küçələrində quraşdırdığı reklam lövhələrini niyə söküb? Ümumiyyətlə, sökmək səlahiyyətləri varmı?

BŞİH-dən baki-xeber.com-a bildirdilər ki, Bakıda reklam lövhələrinin vurulmasını və sair məsələləri BŞİH yox, Reklam Agentliyi tənzimləyir. Qurumdan onu da dedilər ki, əvvəllər reklam şöbəsi BŞİH-nin nəzdində olsa da, Reklam Agentliyi yarandıqdan sonra o şöbə Agentliyə verilib. BŞİH-dən məhkəmə prosesi ilə bağlı hər hansı məlumat verilməsə də, qeyd edildi ki, reklam lövhələrinin quraşdırılmasında normalar gözlənilməzsə və qanunsuzluğa yol verilərsə onlar həmin lövhəni sökə bilərlər, necə ki, bu günlərdə tarixi arxitektur binaların üstündən borular və başqa əlavə quraşdırmalar sökülüb.

Sosial iqtisadi sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, bu olduqca dərin problemdir: “Bilirsiz ki, əvvəllər bu sahədə bələdiyyələrlə də ciddi problemlər vardı. Belə ki, reklamlardan gələn rüsumların, gəlirlərin bələdiyyə büdcəsinə ödənilməsi barədə qərar vardı. Çox qısa müddətdə bələdiyyə qanunvericiliyinə dəyişiklik etdilər və reklamlardan gələn gəlirlərin bələdiyyə büdcəsinə ödənilməsinin qarşısını aldılar ki, bu büdcə məhz reklam sahəsi ilə məşğul olan qurumlara, istisna hallarda isə BŞİH-nin hesablarına  yönəldilməlidir. Əslində, “Reklam Haqqında” Qanunda dəyişikliklərin edilməsi bu problemin yaranmasına səbəb oldu. Bələdiyyələr də zəif və arxasız qurum olduğuna görə, təbii ki, dərhal bununla razılaşıb geri çəkildilər. Burada problem nədir? Bakı Şəhər İcra Hakimiyyəti iddia edir ki, bu reklam lövhələri Bakı şəhərinin ərazisində yerləşdiyi üçün buradan gələn gəlirlər də BŞİH-nin hesabına yönəldilməlidir. Reklam Agentliyi isə deyir ki, biz bu lövhələri sizin torpaqlarınız üzərində qurmamışıq, reklam lövhələri ya hansısa binanın üzərində, yaxud göydən asılıb. Bundan gələn gəlirlər, rüsüm isə Reklam Agentliyinin büdcəsinə köçürülməlidir. Bu məsələ ilə bağlı məhkəmə olarsa, hansı dövlət qurumunun arxası varsa, indiki situasiyada hakimiyyətə bağlılığı varsa, təbii ki, məhkəmə onun xeyrinə qərar qəbul edəcək. Problemi ideal şəkildə həll etmək üçün ən ideal variant, müvafiq qanunvericiliyə dəyişiklik etməklə, həmin reklam lövhələri bələdiyyə torpaqlarında qoyulduğu üçün reklamdan gələn gəlirləri bələdiyyələrin büdcəsinə yönəltməkdir”-deyə İ.Hüseynli qeyd etdi.

“Bütün rüsumları Reklam Agentliyi alır və problemi də o həll etməlidir”

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə isə, bütün hallarda sahibkarların hüquqları qorunmalıdır və Reklamçılar Agentliyinin də birbaşa vəzifəsi reklam verən sahibkarın hüquqlarını müdafiə etməkdir. R.Həsənov bildirdi ki, sahibkara aid reklam lövhəsi sökülürsə, buna görə məsuliyyət Agentliyin üzərinə düşür. “Hər hansı bir qurum hansısa bir sahədə dövlət siyasətini həyata keçirirsə, bu o demək deyil ki, digər qurumların səlahiyyətlərini poza, onlara aid olmayan hüquqları tanımaya bilər. Burada söhbət reklam lövhələrinin quraşdırılmasından gedir. Məsələn, ola bilsin, Agentlik reklamı uyğun olmayan bir yerdə yerləşdirir, bu da hansısa bir tarixi abidənin və sairin qarşısını kəsir. Dövlətdə proseslərin necə işlədiyini nəzərə almış olsaq, belə məqamlar ortaya çıxa bilər. Tutaq ki, BŞİH-nin özünə uyğun şəhər planlaması var, bunların necə icra olunduğu başqa məsələdir. Bu kimi təzadların aradan qaldırılması üçün mütləq təşkilatlar arasında qanunvericiliklə razılaşdırma həyata keçirilməlidir. Əgər bu razılaşdırma olmayıbsa, bu o demək deyil ki, Dövlət Reklam Agentliyi istədiyi yerdə reklam quraşdıra, hansısa qurumun qarşısını kəsə bilər. Düşünürəm ki, hüquqi cəhətdən bunun müəyyən əsaslarının olması ehtimalı yüksəkdir... Sahibkarlar özbaşına reklam yerləşdirmir, onlar bütün reklamlarını Dövlət Reklam Agentliyi ilə razılaşdıraraq yerləşdirir. Reklam haqqında qanun var və bu qanuna zidd olaraq və Agentliklə razılaşdırılmadan hansısa bilbordun, reklamın sökülməsi qanunsuzdur. Çünki sahibkar o məsələyə görə məsuliyyət daşımır. Qanun deyir Reklam Agentliyi ilə razılaşdır. Sahibkar ona məsuliyyət daşımır ki, Dövlət Reklam Agentliyi öz işini düzgün qurmur, müvafiq qurumlarla razılaşdırmanı həyata keçirmədən sahibkara belə imkanı yaradır. İstənilən halda, bu hadisə baş veribsə məsuliyyət birmənalı olaraq Dövlət Reklam Agentliyinin üzərindədir. Sahibkara dəymiş maddi və mənəvi zərərin kompensasiyası, problemin həlli məsələsini birmənalı şəkildə Dövlət Reklam Agentliyi öz üzərinə götürməlidir. Çünki bütün rüsumları Reklam Agentliyi alır və problemi də o həll etməlidir. Ola bilsin ki, hansısa formada BŞİH də qanunsuz davranır, çünki bu qurumun qanunsuz davranma ehtimalı çox yüksəkdir. O halda problem məhkəmə yolu ilə həll edilməlidir. Sahibkarların da BŞİH-ə müraciət etmək haqları var. Böyük ehtimalla, sahibkarları məhkəməyə Reklam Agentliyi yönləndirib. Bu prosesdə Dövlət Reklam Agentliyinin özünü də məhkəməyə vermək olar. Çünki sahibkar qarşısında cavabdehlik daşıyan Reklam Agentliyidir...”-deyə R.Həsənov qeyd etdi.

İradə SARIYEVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ