çərşənbə günü, 14 oktyabr 2026
     

Yeni qaz-işıq tariflərində Azərbaycan hökuməti nələrə əsaslandı...

Image


Məlum olduğu kimi, Tarif Şurasının qərarına əsasən,  işığın və qazın  qiymətlərində dəyişiklik oldu. Ekspertlərə görə, yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur. Heç şübhəsiz, bu artımın kompensasiya edilməsi üçün hökümət tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Əhalinin bütün təbəqələrinin sosial rifahının yüksəldilməsi dövlətin əsas prioritet istiqamətlərindən biridir.

16 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır.

“Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

Prezident İlham Əliyev Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlamasını tapşırıb.

Ekspetlər qeyd edir ki, Prezident İlham Əliyevin yeni Sərəncamı 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Bu isə olduqca böyük rəqəmdir və ölkə əhalisinin xeyli hissəsinin təminatında mühüm rol oynayacaq.

Aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən amildir.

Millət vəkili Musa Quliyev baki-xeber.com-a bildirdi ki, Azərbaycan höküməti mütəmadi olaraq əhalinin sosial rifah halının yüksəldilməsi üçün fəaliyyət həyata keçirir. Prezidentin imzaladığı  “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamın ölkə əhalisinin böyük bir hissəsini əhatə etdiyini deyən M.Quliyev hesab edir ki, 2022-ci ilin ilk aylarından biz bunun müsbət təzahürlərini görəcəyik. “Tarif Şurasının qərarına əsasən işığın və qazın qiyməti cüzi olaraq artırılıb. Bu artımın fərqi bir ailə üçün iki manatdan yuxarı çıxmayacaq.

Prezident sərəncam verib və Nazirlər Kabinetinə tapşırıq verilib ki, gələn ilin əvvəlindən pensiyalar, müavinətlər, əməkhaqqlar artırılacaq. Bu olduqca ciddi bir addımdır. Bu, vətəndaşlarımızın sosial rifahına çox əsaslı şəkildə təsir edəcək. Artımla bağlı rəqəm haqda hələ bir fikir söyləyə bilmərik. Çünki Nazirlər Kabinetinə tapşırıq dünən verilib, yəqin bu rəqəmin üstündə işləyirlər ki, neçə faiz artırılacaq. Sosial müavinətlər, pensiyalar, əməkhaqqı və sair istiqamətibdə baş verəcək bu artım kifayət qədər önəmli bir faiz olacaq. Qazın, işığın qiyməti bir neçə qəpik artırılıbsa, pensiyalar, müavinətlər, təqaüdlər, əməkhaqqları bir xeyli artırılacaqdır. Artımın məbləği, yəqin ki, Milli Məsclisə təqdim ediləndə bilinəcək. Amma xeyli artım olacaq. Çünki belə artımlar vaxtaşırı olaraq cənab Prezidentin tapşırığı ilə həyata keçirilir. 2019-cu ilin əvvəlində böyük bir addım atılmışdı, onda təxminən 4 milyard 500 milyon manatı əhatə edən sosial müdafiə paketi elan olunmuşdu. Onun da nəticəsində Azərbaycanda əməkhaqqları təxminən 60, pensiyalar 80  faizə qədər, müavinətlərin və təqaüdlərin məbləği iki dəfə  artırılmışdı”.

Hökümətin pandemiya dövründə yenə də sosial müdafiə  paketləri həyata keçirdiyini xatırladan M.Quliyevin sözlərinə görə, birbaşa vətəndaşılarımızın sosial müdafiəsinin gücləndirilməsi üçün təxminən 1 milyard 500 milyon manat vəsait xərclənib: “Keçən il post müharibə dövründə şəhid ailələri, Vətən müharibəsi qaziləri, əlilləri və Ermənistanın terroru nəticəsində Gəncədə, Tərtərdə, Bərdədə, Ağdamda zərər çəkmiş vətəndaşlarımız üçün də cənab Prezidentin tapşırığı ilə təqaüdlər müəyyən olundu, verilən təqaüdün məbləği artırıldı, onlara dəyən zərərin hamısı ödənildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin daxili sosial siyasətində həmişə prioritet olub. Pandemiya ilə əlaqədar bir az iqtisadiyyatın zəifləməsi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların da problemlərini artırıb. Cənab Prezident də bunu nəzərə alaraq gələn ilin əvvəlindən pensiyaların, sosial müavinətlərin, təqaüdlərin artırılması ilə bağlı müfaviq tapşırıq verib”-deyə M.Quliyev qeyd etdi.

“Sosial müdafiə sahəsində yeni addımlar növbəti sosial paketin hazırlanması üçün fundamental dövlət sənədi hesab oluna bilər”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da qeyd etdi ki, dövlətin sosial müdafiə tədbirləri qiymət artımlarının təsirlərini minimallaşdıracaq: “Məlum olduğu kimi, Tarif Şurasının sentyabrın 16-da keçirilən iclasında təbii qazın və elektrik enerjisinin yeni tarifləri müəyyən edilib. Yeni tarif dəyişiklikləri əsas etibarilə yanacaq-enerji sektorunda liberal bazar prinsiplərinin təmin edilməsi və müasir bazar qaydaları əsasında xidmətlərin səmərəliliyinin təşkili ilə bağlı aparılan islahatların tərkib hissəsi hesab edilə bilər. Azad bazar iqtisadiyyatının əsas tələblərindən biri mal və xidmətlərin satışı ilə məşğul olan təsərrüfat subyektlərinin liberallığıdır. Uzun illərdir ki, təbii qaz, elektrik enerjisi, yaxud su satışı xidmətlərini göstərən dövlət kommersiya şirkətləri satdıqları mal, göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlərlə öz xərclərini təmin edə bilmirlər. Bunun əsas səbəblərindən biri istehsal və tədarük etdikləri malın maya dəyəri ilə satış tarifi arasındakı tərs mütənasiblikdir. Məsələn, qaz tədarükçüsü olan SOCAR (“Azəriqaz” İb bu qurumun tabeliyindədir) təbii qazın maya dəyərinin daxili bazardakı satış qiymətlərindən aşağı olması səbəbindən zərərlə işləyir, yaxud topdansatış və pərakəndə satış əmsalları real xərc dəyərlərini ödəyə bilmir. Nəticədə zərəri örtmək üçün dövlətdən dotasiya alır. Bu digər dövlət şirkətlərində də xarakterik hallardan biridir. Məsələn, “Azərişıq” elektrik enerjisi üzrə mövcud tariflər əsasında işləyə bilmirdi”.

A.Hüseynovun sözlərinə görə, bazar iqtisadiyyatı subsidiyalaşmanın azalmasını, minimallaşmasını tələb edir. O, vurğuladı ki, büdcə subsidiyası hesabına heç bir şirkət dayanıqlı fəaliyyət göstərə bilməz, özünün investisiya siyasətini yürüdə bilməz: “Beləliklə, yanacaq-energetika sektorunda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq məqsədilə enerjinin tarif tənzimlənməsi qaçılmaz idi. Ona görə də, bu qurumların satdığı mal  və xidmətlərin özünütənzimləmə prinsipləri əsasında nizamlanmasına ehtiyac var idi, TŞ-nin bu qərarı da məhz həmin siyasətə xidmət edir.

Yeni tarif siyasəti qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin fəaliyyətinin optimallaşdırılmasına imkan yaradacaq, onların liberal bazar prinsipləri əsasında qarşılıqlı tənzimləmə siyasəti həyata keçirməsini stimullaşdıracaq. Beləliklə, dövlət yanacaq-enerji sektoruna büdcədən il ərzində xərclədiyi 100 milyonlarla manat həcmində subsidiyanı büdcənin əsas xərc bölmələrindən biri olan sosial sahəyə istiqamətləndirəcək. Büdcənin sosialyönümlü tədbirlərinin maliyyələşdirmə əhatəsi genişlənəcək, bu vəsaitlər isə ilk növbədə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əməkhaqlarının, sosial müavinət və təqaüdlərin, digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması məhz bu baxımından büdcənin artan imkanları hesabına sosial siyasətin gücləndirilməsinə xidmət edir. Büdcəmizdə subsidiyaların azalması sayəsində yaranan maliyyə vəsaitləri, eyni zamanda iqtisadi artım nəticəsində büdcənin gəlirlərinin yüksəlməsi sosial müdafiə sahəsinə daha böyük həcmdə maliyyə ayrılmasına əlverişli təminat verir.

Sosial müdafiə sahəsində yeni addımlar növbəti sosial paketin hazırlanması üçün fundamental dövlət sənədi hesab oluna bilər. Bu addım ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün aparılan sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir və bir daha təsdiləyir ki, ölkəmizdə yürüdülən sosial rifah strategiyası davamlı xarakter daşıyır. Qeyd edək ki, ölkəmizdə pandemiyadan əvvəl güclü iqtisadi artım meylləri və büdcənin artan imkanları nəticəsində 2019-cu ildə əhalinin 3 milyon nəfərini əhatə edən 2 sosial paket qəbul olunmuşdu. Bu siyasət davamlı olduğundan, növbəti illərdə də nəzərdə tutulmuşdu. COVİD-19 pandemiyası səbəbindən bu sosial tədbirlər yubandı. Hazırda isə real maliyyə imkanlarının artması hesabına həmin sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb.

Beləliklə, dövlət başçısının yeni Sərəncamı beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Yəni aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Beləliklə, 2022-ci il yanvarın 1-dən ölkə üzrə 1 milyon 800 min nəfərədək vətəndaşın rifahının daha da yaxşılaşdırılması, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunması təmin ediləcək”.

İradə SARIYEVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ