"Qafqazda sabitlik baxımından yaxın keçmişdə önəmli addımlar atıldı”. Baki-xeber.com-un xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı səsləndirib. O deyib ki, Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoydu. "Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açıldı. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq” - Ərdoğan bildirib.