çərşənbə günü, 14 oktyabr 2026
     

Yer kürəsi fəlakətli həddə istiləşməyə başlayır...

Image


Bu il qeydə alınan anomal hava şəraitləri fonunda daha çox gündəmə gələn iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq miqyasda yenə həyəcan təbili çalınır. Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun qeyd edilən növbəti hesabatında bildirilir ki, iqlim dəyişikliklərinin daha bir fəsadı milyonlarla insanın yaxın onilliklər ərzində faktiki olaraq köləyə çevrilməsidir.

Hesabatda qeyd olunur ki, xüsusən də yoxsul ölkələrdə kənd təssərrüfatı ilə məşğul olan insanların öz gəlir mənblərindən məhrum olması onların kütləvi şəkildə şəhərlərə axın etməsi və kölə əməyinə razılaşmasına səbəb olur. Miqrantların bir çoxu borc asılılığına düşür və bir ömür boyu ondan yaxa qurtara bilmir. Bu arada BMT də İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin, Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antonio Quterreş dünyanın 2.7 dərəcə istiləşməyə gedən fəlakətli bir yolda olduğunu bəyan edib. BMT-nin “United in Science 2021” adlı məruzəsində baş verənlərlə bağlı qeyd edilir: “Koronavirus pandemiyası zamanı istixana qazı emissiyalarının azaldılması sürətli iqlim dəyişməsini heç cür yavaşlatmadı. Atmosferdəki istixana qazlarının konsentrasiyası rekord səviyyədə qalmaqdadır, planet qarşısıalınmaz şəkildə bəşəriyyəti fəlakətə yaxınlaşdıraraq, istiləşməyə davam edir”. 

Antonio Quterreşin sözlərinə görə, bəşəriyyət dönüş nöqtəsinə çatıb: “İqlim və planet üçün dağıdıcı nəticələr artıq düşündüyümüzdən daha ciddidir, bu zaman iqlim dəyişmələri ehtimal edildiyindən daha sürətli baş verir. “United in Science 2021” adlı məruzə istiqamət götürdüyümüz kursdan nə qədər çox uzaqlaşdığımızı göstərir”.

Məruzədən belə nəticəyə gəlmək olar ki, qlobal temperatur artımı dünyada dağıdıcı ekstremal hava hadisələrinin yaranmasını şərtləndirir və deməli, onların iqtisadiyyata və cəmiyyətə təsiri artır. Bu xüsusda qeyd olunur: “Təkcə istilər səbəbindən milyardlarla iş saatı itirildi. Son beş il ərzində qlobal ortalama temperatur müşahidələrin aparıldığı tarix boyu ən yüksək göstəricilər sırasında olub. Növbəti beş il ərzində temperaturun müvəqqəti olaraq 1,5 dərəcədən yuxarı qalxması ehtimalı artır. Alimlər bu rəqəmi gözlənilməz fəlakətli nəticələrin olduğu məqbul hədd hesab edirlər. Bu gün qeydə alınmış hava fəlakətlərinin sayı 1970-ci illə müqayisədə beş dəfə çoxdur və onlar yeddi dəfə daha baha başa gəlir. Zərər çəkənlər arasında ən çox inkişaf etmiş ölkələr də olur”. Antonio Quterreş milyonlarla Yeni Orlean sakinini işıqsız qoyan, Nyu-Yorkda həyatı iflic vəziyyətinə salan və ən azı 50 nəfərin ölümünə səbəb olan bu yaxınlarda baş verən “İda" qasırğasını buna misal gətirib. BMT rəhbərinin sözlərinə görə, bu cür iqlim dəyişikliyinə gətirib çıxaran hadisələr yalnız insan fəaliyyəti nəticəsində baş verir: “Hər yerdə tez-tez baş verən və böyük ziyan vuran yanğınlar, daşqınlar və ekstremal təbii hadisələr görürük. Bu yalnız başlanğıcdır,- ən pisi hələ irəlidədir. Biz Paris Razılaşmasının məqsədlərinə çatmaq üçün hələ də qrafikdən xeyli geridə qalmışıq. Bu il mədən yanacağı hasilatından tullantıların həcmi əvvəlki göstəricilərə qayıdıb, istixana qazı konsentrasiyaları artmaqdadır və antropogen amillər bütün qitələrdə insanların sağlamlığına, həyatına və yaşayışına təsir edən təhlükəli hava hadisələrinə səbəb olur”. Antonio Quterreş qeyd edib ki, istixana qazı tullantıları əhəmiyyətli dərəcədə azaldılmasa, temperaturu indiki həddə belə saxlamaq mümkün olmayacaq: “Bu isə insanlar və varlığımızın asılı olduğu planet üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”.

Sözügedən məruzədə isə qeyd edilir ki, pandemiya dövründə iqtisadi fəaliyyətin yavaşlaması ilə əlaqəli olan istixana qazı tullantılarının azalması cüzi idi və sadəcə olaraq qarşısıalınmaz iqlim dəyişikliyini yavaşlada bilməzdi: “Karbon qazının səviyyəsi artıq rekord həddə çatıb. Üstəlik, bərpa prosesimizin daha ekoloji əsasla davam etdiyinə dair heç bir əlamət yoxdur: müvəqqəti azalmadan sonra karbon qazı tullantılarının həcmi amansızcasına əvvəlki səviyyələrinə qayıdır”. Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi, professor Petteri Taalas isə məsələ ilə bağlı bildirib: “Pandemiyanın bütün dövrü boyunca bəşəriyyəti daha davamlı bir yola çıxarmaq və iqlim dəyişikliyinin cəmiyyətə və iqtisadiyyata ən pis təsirlərindən qaçınmaq üçün “olduğundan daha yaxşı” prinsipi ilə bərpanı təmin etməli olduğumuzu eşidirik. Bu məruzə 2021-ci ildə yanlış istiqamətə doğru irəlilədiyimizi göstərir”.

Bütövlükdə, bütün iqlim sistemindəki son dəyişikliklər misilsiz xarakter daşıyır, söhbət yüzilliklər və minilliklərdən gedir. Məruzəyə görə, hətta qəti addımlar atılsa və istixana qazı emissiyaları yavaşladılsa belə, dəniz səviyyəsi yenə də yüksələcək, beləliklə də bütün dünyada aşağı səviyyədə yerləşən adalar və sahilyanı bölgələrdə yaşayan əhali üçün təhlükə yaradacaq.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ