çərşənbə günü, 14 oktyabr 2026
     

Mədəniyyət Nazirliyinin Bərpa Xidmətində tender pulları necə mənimsənilirmiş?..

Image


Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesində diqqətçəkən olaylar cərəya n edib. Z.Sultanovun məhkəmə prosesində şahid Şamxal Ağaşirinov ifadə verib. Ş.Ağaşirinov açıb sandığı, töküb pambığı, işlədikləri tender cinayətləri barədə danışıb: “Mən “Piramida” şirkətinin rəhbəri olmuşam. Zakir Sultanovla birlilkdə işlər görmüşük. Tenderlərdə qalib olurduq. Hesabımıza köçürülən pulun bir hissəsini geri qaytarırdıq. Tenderdə qalib olandan sonra bizim şirkətin hesabına 6 milyon manat pul köçürdülər. Onun 900 min manatını geri qaytardım”.

Ş.Ağaşirinov açıq-aşkar deyib ki, onun şirkəti tenderdə qalib olandan sonra şirkətin hesabına köçürülən vəsaitin bəlli bir hissəsini Xidmət rəisinə geri qaytarıb.

Ekspertlərin sözlərinə görə, şahidin ifadəsindən aydın görsənir ki, bu tenderlər “quş qoymaq” xatirinə keçirilib, məqsəd əslində pul mənimsəmək olub. Ekspertlər deyir ki, baş verənlər indiyə qədər mədəni irsin bərpasi ilə bağlı keçirilən tenderlərin əksəriyyətinin  bu cür saxta olduğunu deməyə əsas verir. Ekspertlər onu da deyir ki, Z.Sultanovun rəhbərliyi dövründə abidələrin bərpası birmənalı olaraq bərpa şirkətlərinə deyil, MTK-lara verilib, bu MTK-lar isə bərpa ilə deyil, bina tikintisi ilə məşğul olduqları üçün abidələrin çoxunu “Yevroremont” ediblər.

“Şirkət də, şərtləşməyə əsasən, ayrılan vəsaitin bəlli hissəsini Xidmət rəhbərliyinin cibinə axıdıb”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a bildirdi ki, əksər tenderlərdə belə biabırçılıqlar olub, “bərpa” adı ilə pul silinib. “Biz müxtəlif nazirliklərin, dövlət qurumlarının keçirdiyi tenderlərdə baş verən biabırçılıqlar barədə vaxtaşırı olaraq öz tənqidi fikirlərimizi bildirmişik. O cümlədən də Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə abidələrin bərpasına görə dövlət büdcəsindən ayrılan vəsaitlərin saga-sola xərclənməsi, mənimsənilməsi, təyinatı üzrə yönəldilməməsi faktı barədə də ayrı-ayrı vaxtlarda iradımı səsləndirmişəm. Açıq görsənirdi ki, dövlət büdcəsindən abidələrin bərpası üçün ayrılan pullar, tenderlərə yönəldilən vəsaitlər aidiyyəti üzrə yönəldirmir, mənimsənilirdi. İstər keçmiş nazirin dövründə, istər ondan əvvəl, istərsə də indinin özündə tenderlərin açıq-şəffaf keçirilmədiyi məlumdur. Eyni zamanda da ayrılan vəsaitlələrin  hansı istiqamətdə xərcləndiyinin sonradan ictimai hesabatı verilmir. Bundan əlavə, abidələr çox bərbad şəkildə bərpa edilir. Proses tarixçilərlə, kulturoloqlarla, bərpaçılarla, mütəxəssislərlə məsləhətləşmədən həyata keçirilirdi, bizim bu istiqamətdə tənqid və iradlarımız havadan asılı vəziyyətdə qalırdı. Bizim tarixi binalar o qədər bərbad vəziyyətdə bərpa edilib ki, hətta xaricilər bizə lağ edir, biz də pis vəziyyətdə qalırıq. XIX-XX əsr binalarının pəncərələri taxtadan olub, plastik olmayıb. Amma təəssüflər olsun ki, tarixi binaların təmir və bərpasında ucuz materiallardan istifadə o qədər geniş yayılmışdı ki, bu həmin binaların tarixiliyini şübhə altına alırdı. Dünyanın heç bir yerində baş verməyən hadisə ölkəmizdə baş verib. Siz İrəvanda və Tiflisdə tarixi binalara ağ və qəhvəyi rəngli plastik pəncərələr qoyulduğunu, “yevroremont” edildiyini görə bilməzsiniz. Hazırda Lənkərandayam və burada Stalinin də yatdığı Dairəvi qala-zindan var. Həmin zindan vaxtilə bu Xidmət tərəfindən guya bərpa edilib. Talış meşələrindən gətirilən, lakin tikinti üçün yararlı olmayan yaş ağaclardan istifadə olunub, nəticədə də hazırda dünya əhəmiyyətili, maraqlı bir abidə olan Dairəvi qalanın dam örtüyü ucub dağılıb, bina bərbad hala düşüb. Bu adamlar dövlətin bu istiqamətə ayırdığı tender pullarını abidələrə yönəltməyib haramcasına dağıdıblar, pulları cibdən-cibə axıdıblar. Bütün bu pullar isə bizim ödədiyimiz vergilərdir ki, o da belələrinin cibinə axıb”.

A.X.Əbilovun sözlərinə görə, tenderə ayrılan pulların mənimsənilməsi, bölüşdürülməsi prosesi planlı şəkildə gedib və Dövlət Xidmətinin rəhbəri o qədər də populyar olmayan şirkət seçib, onunla danışıb, razılaşdırıb ki, sən bu qədər pul alacaqsan, filan qədər vəsaiti də mənə verəcəksən. O qeyd etdi ki, əliəyri məmurların rəhbərlik etdiyi qurumların hamısında tenderlər eyni şəkildə gedir: “Mədəniyyət Nazirliyinin tabeliyində olan Dövlət Xidmətinin əliəyri məmurlarının pul qazanmaq, büdcəni talamaq üçün hazırladığı sütun əsasında özlərinin seçdikləri şirkət saxtakarlıqla tenderdə “qalib” edilib və şirkət də, şərtləşməyə əsasən, ayrılan vəsaitin bəlli hissəsini Xidmət rəhbərliyinin cibinə axıdıb. Aydın məsələdir ki, Dövlət Xidməti bu şirkəti iş üsuluna, peşəkarlığına görə seçməmişdi, onu sövdələşməyə getdiyi üçün seçmişdi. Ümimiyyətlə, bizim qurumlarda tanışsız-bilişsiz hansısa tikinti şirkəti tenderdə qalib gələ bilməz. Məmurlar elə bir vəziyyət yaradıblar ki, tenderdə ancaq öz tanıdıqları, birgə pul qazandıqları şirkətləri tikinti bərpa işlərinə yaxın buraxırlar. Bunun da acı nəticələrini abidələrimiz üzərində görürük.

Dövlət Xidməti də “Piramida” şirkətinə 6 milyon vəsait ayrılmasına nail olub, onun da 900 min manatını geri alıb. Tenderə ayrılan vəsaitin özü görüləcək iş üçün böyük məbləğ idi, amma Dövlət Xidməti tərəfindən şişirdilmiş smeta təqdim edilirdi və nəticədə böyük pullar cəlb edilib mənimsənilirdi. Saxta tenderlər adı altında görün nə qədər vəsaitlər talan edilib, zamanında buna nəzarət edən də olmayıb. Gərək kiminsə işindəki ciddi nöqsanlar üzə çıxsın, o məmur həbs olunsun ki, sonra Hesablama Palatası o idarədə araşdırma aparsın. Əslində belə olmalı deyil”- deyə A.X.Əbilov qeyd etdi. O vurğuladı ki, Palata nazir, idarə rəisi, icra başçısı və sair həbs ediləndən sonra onun rəhbərlik etmiş olduğu qurumda araşdırma aparmamalıdır, ildə bir neçə dəfə yoxlama aparmalı, prosesə aidiyyəti QHT-lər də cəlb edilməlidir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ