Avqustun 18-də Şimali Kiprin Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Mustafa Kamal Bəyazbayram bir qrup media təmsilçisi ilə görüşüb.
Baki-xeber.com-un xəbərinə görə, tanışlıq xarakteri daşıyan görüşdə “Yavru Vətən” mediası ilə Azərbaycan mətbuatının əlaqələndirilməsi, Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycanın ortaq maraqlarının media tərəfindən işıqlandırılması və hər iki tərəfin maraqlarına xidmət edən əməkdaşlığın qurulması yollarından danışılıb, ən müxtəlif sahələrdə birgə səylərin prioritet istiqamətləri aranıb.
Səmimi atmosferdə keçən görüşün sonunda ŞKTC-nin Bakı nümayəndəsi media təmsilçilərilə şəkil çəkdirib.
SAMİRƏ