Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycanda nə qədər KİV qurumu, nə qədər jurnalist var?...Təəccüb doğuran rəqəmlər ortaya çıxır...

Image


İstənilən sahədə inkişaf proqramları hazırlanarkən, ilk növbədə statistik rəqəmlərə istinad olunur. Hansı nöqtədən hərəkət ediləcəyi, hansı nöqtəyə varılacağı barədə təsəvvür formalaşdırmaq üçün rəqəmlərin müqayisəsi verilir. Azərbaycanda KİV qurumları, onların  tirajı, auditoriyası, KİV-də çalışanların sayı barədə dəqiq, konkretləşmiş statistik məlumat yoxdur. Çünki bu statistikanı, geniş anlamda  desək, KİV-lər haqqında informasiya bankını hazırlayacaq, elan edəcək vahid struktur yoxdur.

Azərbaycan Respublikasında medianın tənzimlənməsi prosesini  2001-ci ilədək mərkəzi icra hakimiyyəti orqanı qismində Mətbuat və İnformasiya Nazirliyi (MİN) icra edib.  KİV-lərin qeydiyyatı, fəaliyyət istiqamətləri, tirajı və s.  barədə statistik məlumatlar MİN-də  toplanılıb. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib. Bundan sonra Azərbaycanda  KİV qurumlarının sayı, tirajı, KİV-də çalışanların statistik göstəriciləri  barədə məlumatlar  konkret qurumda toplanılmyıb; ölkədə tiraj komissiyası da mövcud deyil. Qeydiyyatda olan KİV-lərin sayı barədə məlumatlar ayrı-ayrı dövlət qurumlarının əlində  cəmləşib. Çap medianın statistikası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, onlayn medianın/xəbər portallarının statistikası Vergilər Nazirliyində (indi-İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti), elektron medianın statistikası isə Milli Televiziya və Radio Şurasında toplanır. Həmin qurumların verdikləri məlumatlar isə çox zaman biri digərini inkar edir,  uyğunsuzluq yaranır. Mövcud KİV qurumlarının sayı barədə danışarkən, biri 5.000 (beş min), digəri 5.500 (beş min beş yüz), bir başqası isə 6000 (altı min) rəqəmini işlədir. Jurnalistlərin sayı barədə statistika isə ümumiyyətlə bərbaddır. Burada 3000 (üç min) nəfərdən başlamış 24000 (iyirmi dörd min) nəfərə qədər ən müxtəlif rəqəmlər səsləndirilir. Çünki koordinasiya yoxdur, vahid metodologiya da yoxdur, hər kəs öz “zövqünə”, hesablama metoduna, informasiya mənbələrinə əlçatımlıq imkanlarına görə danışır. Nəticədə bərbad durum alınır. Açıqlanmış məlumatları uyğunlaşdırmağa çalışmışam: 3 qurumdan verilən statistik məlumatların yekununa görə, ölkədə ümumilkdə 5.510 (beş min, beş yüz on) KİV qurumu qeydə alınıb.

Problem təkcə rəqəmlərdən birinin digəri ilə uyğunsuzluğunda deyil, problem həm də sadalanan rəqəmlərin heç birinin reallığı əks etdirməməsindədir. İş elə gətirib ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlardan birinin hazırladığı hesabatla tanış olmuşam. Ölkəmizdə fəaliyyət göstərən KİV-lərin sayı, tirajları, jurnalistlərin sayı və sair barədə müfəssəl məlumat verən bir hesabatdır. Rəqəmi burada yazmıram, çünki təqdimat konfidensial olub, açıqlanmamasını rica ediblər, sadəcə ekspert qismində mövqeyimi soruşublar. Amma onu deyə bilərəm ki,  aradakı uyğunsuzluq çox böyükdür, 10 dəfələrlə fərqlidir, təəccüb doğurur. Onlar işləyirlər, işlərində peşəkardırlar: mövzu barədə danışmaq, təklif vermək, problem qaldırmaq üçün ilk növbədə statistik məlumatları toplayırlar, bu məlumatların reallıqla uyğunluğunu araşdırırlar. Bizdə isə pafos yüksəkdir: mövzu ətrafında saatlarla danışılır, amma nə rəqəmlərin müqayisəsi aparılır, nə də real faktlara istinad olunur. Beynəlxalq media məkanına inteqrasiyadan danışırıq, əməkdaşlıqdan bəhs edirik, amma əlimizdə düzgün statistika da yoxdur. Yanlış statistika ilə danışmaq qeyri-ciddi görünür, qarşı tərəfdə etimadı öldürür.

 Diqqətimi çəkən məqam həm də hesabatın hazırlanması metodologiyasıdır. Bizdə KİV-lərin sayı barədə danışarkən rəsmən qeydə alınmış KİV-lərdən bəhs edirlər. KİV qurumu qeydə alınıb, amma fəaliyyət göstərirmi? Buna baxan yoxdur. Onlar isə real fəaliyyət göstərən, fəaliyyəti KİV standartlarına uyğun gələn KİV-lərdən bəhs edirlər. Problemin kökü də buradadır: KİV qurumu nədir, onun standartları nədir, hansı statusları və öhdəlikləri var məsələsində aydın təsəvvürlərə malikdirlər. Azərbaycanın KİV haqqında mövcud qanunvericiliyi ənənəvi medianın standartlarının təsvirini verir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü (Əsas anlayışlar) və 28-ci maddələrində (İstinad məlumatlar),  “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci və 28-ci maddələrində bu təsvirlərlə tanış olmaq mümkündür. Amma onlayn media haqqında bunu demək çətindir. Son 20 il müddətində onlayn medianın intişar tapmasına, Azərbaycanın media məkanında böyük paya malik olmasına rəğmən, onun standartları hələ də  müəyyənləşdirilməyib. Ayrı-ayrı ölkələrdə bu standartlar yaradılıb, statusları, çevrələri müəyyənləşdirilib. Məsələn, Rusiya Federasiyasında izləyici sayı 3 min nəfəri keçən onlayn informasiya resursu KİV qurumu kimi qeydə götürülür və ondan KİV haqqında qanunun tələblərinə əməl etməsi istənilir. Fərqli ölkələrdə çeşidli modellər mövcuddur. Azərbaycan isə bu sahədə istisnadır. Bir kompyuteri, mobil telefonu, sosial şəbəkədə hesabı olan hər kəs özünü  “KİV qurumu”, “jurnalist” adlandırır, status davası aparır, reklam istəyir, imtiyaz almağa çalışır. Məsuliyyət məsələsinə gəldikdə isə... Xaotik bir durumdur, hər kəs öz standartını tətbiq edir və bunu “jurnalistika” adlandırır. Onları qınamaq da olmur. Çünki 20 il müddətində onlayn medianın status və standartları müəyyənləşdirilməyib. KİV qurumunun statusu, standartı mövcud deyilsə, burada çalışanların kəmiyyəti və statusu barədə informasiyanın formalaşdırılması da imkansızdır.

KİV-in maliyyə mənbəyinin formalaşmasında müstəsna əhəmiyyət daşıyan reklam və elan məsələsinə münasibət də bu kontekstdəndir. Beynəlxalq standartlara görə, müstəqil KİV qurumunun gəlirlərinin minimum 75%-i reklamlardan, elanların dərcindən formalaşır. Reklamların hansı KİV-ə verilməsi üçün də standartlar formalaşıb, daşlaşıb. KİV qurumunun tirajı, dövriliyi, audotirayasının zövqü və sair amillər əsas götürülür. Ölkəmizdə isə bunun “effektiv” yolu “kəşf edilib”. Hər nazirliyin, icra qurumunun “öz qəzeti” var, reklam və elanlarını həmin KİV-lər üzərindən realizə edirlər. Reklam və elan bölgüsü inzibati-amirlik metoduyla həll edilir. Ölkənin informasiya yükünü daşıyan KİV-lər qalır bir kənarda, reklam və elanlar paylanılır başqa müstəvidə... Belə davam edə bilməz və etməməlidir. Media mühitinin şəffaflaşdırılmasına, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün addımlar atılmasına, mediada hökm sürən mənfi tendensiyanın aradan qaldırılmasına ehtiyac var.

Ölkəmizdə medianın xaotik vəziyyətdən strateji inkişaf yoluna qədəm qoyması üçün dərin islahatların aparılması labüddür və bu proses başlayıb. KİVDF-nin ləğv edilməsi və Media İnkişaf Agentliyinin yaradılması bu istiqamətində hələ ilk  addımdır, davamı olmalıdır. Medianın bütün qütblərinin fəaliyyətini tənzimləyən yeni qanun hazırlanmalıdır. Bu qanun, təsnifatından asılı olmayaraq, bütün media quruluşlarının standartlarını müəyyən etməlidir. Jurnalistin statusu ilə sadəcə sosial şəbəkə istifadəçisi olanlar arasındakı sərhəd müəyyənləşdirilməlidir. Lakin bu işin uğurla tamamlanması hər birimizdən asılıdır. İslahata dəstək vermək medianı xaotik durumdan qurtarmaq yolunda mücadiləyə bir töhfədir.

Müşfiq ƏLƏSGƏRLİ

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ