04/04/2020 22:58
728 x 90

Prezident olanda Sarkisyanın vəzifəyə təyin etdiyi hakim indi onun özünü mühakimə edəcək

img

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın işini aparmalı olan hakim Vahe Misakyan işi aparmaqdan imtina edə bilər. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Johovurd" nəşri öz mənbələrinə istinadən yazır.

Qeyd edək ki, Misakyan 2017-ci ilin noyabrında Serj Sarkisyanın sərəncamı ilə hakim təyin olunub. O eyni zamanda qeyd edib ki, ona heç kim təzyiq göstərmir.

"Məni qorxutmayıblar və qorxutmurlar, mən özüm də qorxan adam deyiləm", - deyə hakim qəzetin əməkdaşı ilə söhbət zamanı bildirib.

Qeyd edək ki, "dizel işi" üzrə məhkəmə fevralın 25-i keçiriləcək.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti 2013-cü ildə "Fleş" şirkətinə himayədarlıq etməkdə ittiham olunur. Belə ki, şirkət, daha artıq qiymət təklif (bir milyon dollar fərqlə) edilməsinə baxmayaraq, dövlət tərəfindən keçirilən tenderdə qalib gəlib. Nəticədə Ermənistan hökumətinə milyonlarla dollar zərər dəyib.

Son xəbərlər