ABŞ Müdafiə Nazirliyi (Pentaqon), İranın ABŞ əsgərlərinin İraqda yerləşdiyi, əl-Əsəd və Ərbil bazalarına 12-dən çox ballistik raketlə hücumu edildiyini və ilk zərərini qiymətləndirməyə çalışdığını açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, Pentaqon sözçüsü Conatan Hoffmanın yaydığı yazılı açıqlamada deyilir: "Yanvarın 7-də ABŞ-ın şərq sahili saatı ilə axşam 05.30-da İran İraqdakı ABŞ və koalisiya qüvvələrinə ondan çox raketlə hücum etdi. Raketlərin İrandan atıldığı, ABŞ və koalisiya əsgərlərinin yerləşdirildiyi əl-Əsəd və Ərbil bazalarını hədəf aldığı aydındır. İlk zərərləri qiymətləndirməyə çalışırıq".
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı Ayn əl-Əsəd və Ərbil bazalarına onlarla ballistik raketlə zərbə endirib.
İlk hücumdan bir saat sonra İranın ikinci dalğa raket hücumuna başladığı elan edilib.