ABŞ Dövlət katibi Pompeo ABŞ-İran gərginliyi ilə bağlı yeni açıqlamalar verib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Pompeo İranı hərbi müdaxilə ilə hədələyib.
İrana qarşı hərbi və iqtisadi addımlar ata biləcəklərini deyən Dövlət katibi 2020-ci ilin İran üçün pis olacağını vurğulayıb.
"ABŞ-ın ehtimal olunan bütün mümkün hədəfləri qiymətləndirir. Atacağımız hər addım beynəlxalq hüquqa uyğun olacaq. İran yenidən səhv seçim edərsə, Tramp keçən həftə olduğu kimi qətiyyətli və ciddi qarşılıq verəcək" - Pompeo deyib.
NATO İraqdakı hərbi personalının bir qisminin yerini müvəqqəti dəyişdirildiyini açıqlayıb: “Hərbi personalının bir qisminin yerini həm İraq daxilində, həm də xaricində müvəqqəti olaraq dəyişdirdik”.