Ukraynanın şərqində silahlı münaqişə başladıqdan bəri ölənlərin sayı 5 mini keçib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının nümayəndəsi Maykl Boçurkiv deyib. O bildirib ki, evlərini tərk etmək məcburiyyətində qalanların sayı 1 milyona yaxındır.