Ukrayna Nazirlər Kabineti Silahlı Qüvvələrin şəxsi heyətinin sayının 68 min nəfər artırılması haqqında qanun layihəsi hazırlayıb. APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, bunu baş nazir Arseni Yatsenyuk hökumətin iclasında bildirib. O deyib ki, hökumət ordunun şəxsi heyətinin sayını 250 min nəfərə çatdırılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcək: "Bu qərarın maliyyə təminatı həll olunub”.
A. Yatsenyuk deputatları növbəti plenar iclasda qanun layihəsini qəbul etməyə çağırıb.