Türkiyədə yüksək rütbəli rəsmi və siyasətçilərin telefonlarının gizli dinlənilməsilə casusluqda şübhəli bilinən 20-dək şəxs həbs olunub. Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, həbs edilənlərin çoxunun telekommunikasiya departamenti və Elmi-Texnologiya Tədqiqatlar Şurasında işlədiyi bildirilir.
Həbslər işlə bağlı aparılan növbəti polis reydi vaxtı həyata keçirilib.
Yanvar ayının əvvəlində hüquq-mühafizəçiləri qanunsuz telefon dinləmərində ittiham olunan 20-dək polis zabitini həbs ediblər. Ötən il isə bu ittihamlarla bağlı onlarla adam həbs olunub.
Rəsmilərə əsasən qanunsuz telefon dinləmələri, Fяthullah Gülяnin apardığı müxalifət kampaniyasının tərkib hissəsidir.
Türkiyə prezidenti ABŞ-da mənzillənən ruhanini 2013-cü ildəki etiraz çıxışlarının təşkilində və hökuməti devirmək niyyətində suçlayır. Fяthullah Gülяn ися dinləmələrlə bağlı işdə əli olduğu barədə ittihamları rədd edib. Dekabr ayında Türkiyə məhkəməsi Gülяnin həbsinə sanksiya verib.