Fransada beş rusiyalı terror aktını hazırlamaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Fransa mediası prokurorluğa istinadən məlumat verir.
Məlumata görə, saxlanılan şəxslər Çeçenistandandır. Onlar bazar ertəsi Bezye şəhərində saxlanılıb. Yerli prokuror Yvon Calvet deyib ki, ötən gecə polis Bezye və Monpelye şəhərlərində bir neçə reyd həyata keçirib.
Midi Libre qəzetinin məlumatına görə, saxlanılanlar partlayıcı maddəyə malik olub.
Rusiyanın Parisdəki səfirliyi rusiyalıların saxlanılması barədə hələ ki, məlumatı olmadığını bildirib.
Fransanın BFMTV telekanalı məlumat verir ki, saxlanılanlar 24-37 yaş arasındadır.