Dünya ölkələri terrorizmlə birgə mübarizə aparmalıdırlar, çünki terrorla mübarizə bir ölkənin işi deyil. Trend "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Cəmil Çiçək deyib. Onun sözlərinə görə, dünya ölkələri terrorizmlə təkbaşına mübarizə aparmağa qadir deyillər.
Spiker qeyd edib ki, son vaxtlar regionda baş verən hadisələr dünyanın bütün dövlətlərini narahat etməlidir.