Gümrüdə yaralanmış 6 aylıq Seryoja Avetisyan vəfat edib. Trend-in Novosti Armeniya-ya istinadən verdiyi xəbərə görə, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi təsdiqləyib.
Bir müddət əvvəl uşağın vəziyyətinin ağciyər, ürək və böyrək çatışmazlığı səbəbindən son dərəcə ağır olduğunu bildirmişdilər.
Qeyd edək ki, yanvarın 12-də səhər cinayətkar Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib. Qətlin törədilməsində Rusiya hərbi qulluqçusu Valeri Permyakov ittiham edilir.