Ukrayna Daxili İşlər Nazirliyi qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbərliyinə daxil olan şəxslərə qarşı cinayət işi qaldırıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna DİN-in məlumatında bildirilir ki, DXR rəhbərlərinin 80-dək ağır və xüsusilə ağır cinayətlərin törədilməsində əlaqəsi var.
Həmin şəxslərin Donetsk vilayəti ərazisində terror təşkilatının yaradılmasında iştirakına dair yetərli dəlil və sübutlar toplanıb.