Fələstinli etirazçılar Kanadanın Qərb Sahilinə səfər edən xarici işlər naziri John Baird-ə yumurtalar atıb. Ramallah şəhərində olan cənab Baird-ə yumurta dəyməsə də, bir neçə yumurta onun kortejinə dəyib.
Kanada, İsrailin ən yaxın müttəfiqlərindən biri sayılır. Bu ölkə fələstinlilərin BMT-də qeyri-üzv müşahidəçi dövlət kimi tanınmasının əleyhinə səs vermişdi və bu yaxınlarda Fələstinin Beynəlxalq Cinayətlər Məhkəməsinə (BMC) qoşulmaq təşəbbüsünə qarşı çıxmışdı.
Cənab Baird regiona beş günlük səfəri çərçivəsində Fələstinin XİN başçısı Riad Malki ilə görüşmək üçün Ramallahdadır. Onun səfərindən bir gün öncə BCM deyib ki, "Fələstindəki vəziyyət üzrə ilkin istintaqa" başlayır.
John Bair deyib ki, onunla cənab Malki arasında "fikirlərimiz üst-üstə gəlməyən məqamlar" üzrə "səmimi, ... mehriban və konstruktiv" danışıqlar keçirilib.