Ukrayna paytaxtı Kiyevdə və başqa şəhərlərdə "Birlik marşı" keçirilib. Yürüş Donetsk şəhərində bir neçə gün əvvəl partlayış zamanı həyatını itirənlərin xatirəsinə həsr olunub
Baki-xeber.com xəbər verir ki, insanlar rusiyameylli separatçıların Volnovaxa rayonunda vurduğu avtobusda ölənlərin xatirəsini yad edir və terrora "yox" deyirlər. Aksiyanın təşəbbüsü sosial şəbəkədən gəlib.
Ukraynalılar küçələrə "Mən Volnovaxayam" şüarı ilə çıxıblar. 13 yanvarda Volnovaxada baş vermiş hadisə nəticəsində 12 nəfər ölüb. Avtobus "Qrad" qurğularından atəşə tutulub.
Kiyevdəki yürüş Shevçenko heykəli ətrafından başlayıb. Maydana qədər davam edib.
Aksiyaya 20 min insan qatılıb.
Yürüşdə prezident Petro Poroşenko da çıxış edib və bildirib ki. "biganə qalmayıb bu aksiyaya qoşulduqları üçün ukraynalılara minnətdaram".