Yunanıstanın keçmiş müdafiə naziri Akisa Tsoxadzopulos terrorçularla əlaqədə şübhəli bilinir. APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Ana-Mpa” xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, bir çox cinayətlərdə (korrupsiya, dələduzluq, pul tələb etmə və s.) ittiham olunan Akisa Tsoxadzopulos həmçinin ölkənin sabiq baş katibi Yannis Sbokosun evində törədilmiş 3 partlayışın təşəbbüskarı olub.
Sabiq məmurun böyük mütəşəkkil cinayət dəstəsinin üzvü olduğu ehtimal edilir. 37 üzvü olan bu cinayətkar dəstəyə terrorçular və nüfuzlu siyasi xadimlər də daxil olub.