İran hakimiyyəti "Charlie Hebdo”-nu dəstəkləyən qəzetin bağlanmasına dair göstəriş verib. APA-nın "BBC”yə istinadən verdiyi xəbərə görə, buna səbəb müxalifət yönümlü "Mardom-e Emruz” qəzetində Fransa nəşrinə dəstək bildirən "Mən Çarliyəm” nişanı taxmış tanınmış aktyor Corc Kluninin şəklinin dərc edilməsi olub.
Qəzetin bağlanması haqqında məhkəmə qərarında amerikalı kinoaktyorun şəkli ədəbsiz adlandırılıb.