Türkiyənin baş naziri Əhməd Davudoğlu italiyalı həmkarı Matteo Rentsidən Əhməd Davudoğlunun ötən həftə Parisdə keçirilmiş "respublika marşı”nda iştirak etməsi ilə bağlı təəccüb etdiyinə görə izahat verməsini tələb edib.
Qeyd edək ki, Matteo Rentsi yanvarın 16-da La7 telekanalına müsahibəsində bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ölkəsində KİV-ləri bağlatdırır və jurnalistləri həbs etdirir və belə olduğu halda Əhməd Davudoğlu Türkiyədə mətbuat azadlığını müdafiə etmək əvəzinə bunu etmək üçün Fransaya gedib.