"Türkiyədə prezident üsul-idarəsinə ehtiyac var”. APA-nın "Sabah”a istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-dən olan millət vəkilləri ilə keçirdiyi mətbuata qapalı toplantıda bildirib.
Prezident sarayında baş tutan toplantı 3,5 saat çəkib. R.T.Ərdoğan millət vəkilləri ilə söhbətində yanvarın 19-da baş tutacaq Nazirlər Kabinetinin müşavirəsinə toxunub. O qeyd edib ki, hökumət və Prezident Administrasiyası arasında koordinasiyanın təminatı üçün prezident üsul-idarəsinə ehtiyac var.