2014-cü ildə Rusiyadan kapital axını bütün proqnozları aşaraq 151,5 milyard dollar təşkil edib. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu rəqəmi Rusiya Mərkəzi Bankı (Bank Rossii) açıqlayıb. Kapitalın ölkədən kənara ən böyük axını ötən ilin payızında tətbiq olunan sanksiyalar nəticəsində xarici kapital bazarlarının Rusiyanın üzünə bağlanmasından sonra baş verib.
I kvartalda Rusiyadan 48,5 milyard, II kvartalda 22,4 milyard, III kvartalda 7,7 milyard, IV kvartalda isə 72,9 milyard dollar vəsait çıxarılıb.
2013-cü ildə Rusiyadan çıxan kapitalın həcmi 61 milyard dollar olub. 2014-cü ildə baş verən kapital axınının həcmi bu rəqəmdən 2,5 dəfə çoxdur.