İŞİD lideri Əbu Bəkir əl Bağdadinin Ninovada ABŞ hərbiyyəsinin hava hücumu zamanı yaralandığı, Dar el Zorda qaldırıldığı xəstəxanada öldüyü iddia edildi.
Baki-xeber.com xəbər verir ki, «Sumeriye» televiziyası, bir neçə gün əvvəl anti-İŞİD beynəlxalq koalisiya qüvvələrinin Mosula təşkil edilən hava hücumunda ağır yaralandığı iddia edilən Əbu Bəkir Bağdadinin öldüyü barədə xəbər yayıb. Mosul şəhərinə bağlı Ninovadakı xəstəxanada mənbələri, Ninovanın cənubundakı Selamiye bölgəsində 2 gün əvvəl hava hücumunda ağır yaralanan Əbu Bəkir Bağdadinin öldüyünü bildirib.