Almaniyada 205 polisin iştirakı ilə İŞİD qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib. Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, polis 11 fərqli ərazidə terrorizmə qarşı mübarizə çərçivəsində əməliyyat aparılıb.
Əməlyyat nəticəsində iki türk saxlanılıb. Onlar İŞİD-in Suriyadakı qanadına silahlılar və maliyyə dəstəyi verməkdə təqsirləndirilirlər.
Saxlanılanlar arasında çeçen və dağıstanlıların da olduğu bildirilir.
Qeyd edək ki, bu gün Almaniyadan savayı, Fransa və Belçikada da bənzər əməliyyatlar keçirilib.