ABŞ Prezidenti Barak Obamanın Hindistana səfəri zamanı terror aktlarının törədilməsi planlaşdırılır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Hindistanın general-leytenantı Karan Sinqh deyib.
Onun sözlərinə görə, təqribən 200 silahlı Hindistan ərazisinə keçməyə hazırlaşır: "Hindistan-Pakistan sərhədində terrorçu şəbəkəsi fəaliyyət göstərir. Onlar hərbi, mülki obyektlərə və məktəblərə hücum etməyi düşünürlər".