İD videosunda göstərilən iki nəfər Qazaxıstan vətəndaşı deyillər, bu ölkənin Təhlükəsizlik Komitəsi bildirib.
İslam Dövlətinin internetə yerləşdirdiyi videoda göstərilən iki nəfər Qazaxıstan vətəndaşı deyillər, bu ölkənin Milli Təhlükəsizlik Komitəsi bəyan edib.
Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti bildirir ki, araşdırma videoda "öldürülən şəxslərin" Qazaxıstan vətəndaşı olmadığını təsdiqləyib.
Həftənin əvvəlində internetə yerləşdirilmiş videoda iddia olunur ki, Rusiya xeyrinə casusluq etdiyi deyilən iki kişi qətlə yetirilir.
Görüntüdə özünü Qazaxıstan sakini kimi təqdim edən şəxslərdən biri "FSB agenti" olduğunu deyir. Slavyan adlı ikinci şəxs isə "8 ay müsəlmanlara qarşı FSB-də işlədiyini" bildirir.
Videonun həqiqiliyi təsdiqlənməyib. Bəzi ekspertlər onun səhnələşdirildiyini hesab edirlər.
"Kommersant" qəzetinin məlumatına görə videodakı şəxslər Qazaxıstan sakinləri olublar. Onlardan biri daha sonra kazan şəhərinə köçüb.