Federal Təhqiqatlar Bürosu (FTB) Vaşinqtonda yerləşən ABŞ Konqresinə hücum etmək istəyən kişini həbs edib. 20 yaşlı Christopher Cornell, məhkəmə sənədlərinə görə, ABŞ rəsmisini öldürməyə cəhd edib.
FTB onu İslam Dövləti qruplaşmasına dair dəstəkləyici tvit paylaşdıqdan sonra izləməyə başlayıb.
Cənab Cornellin atası deyir ki, oğlu cihad haqqında əsəbi statuslar paylaşsa da, hücum etməyə qadir deyil.
John Cornell ABC kanalına deyib ki, oğlu məktəbdə "yaralı və itmiş" vəziyyətdə olduğu üçün yenicə İslam dinini qəbul edib.
"O heç vaxt mənə və ya anasına qarşı kobudluq etməyib. O anauşağıdır, anasına hər şeyi deyir".
Gənc Cornell çərşənbə axşamı odlu silah aldıqdan sonra həbs edilib, lakin uzun müddət məxfi casus tərəfindən izlənib.
Raheel Mahrus Ubaydah adlı Tvitter hesabı avqust ayında FTB ilə əməkdaşlıq edən mənbənin diqqətini cəlb edib.
Cənab Cornell mənbəyə deyib ki, onun İslam Dövləti qruplaşması liderləri ilə əlaqəsi olmasa da, "daxili əmrlərlə cihad etmək" istəyindədir. O, Ohioda FTB-nun Birləşmiş Terrorçuluğa qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.