Rusiya əhalisinin yarısından çoxu Vladimir Putini 2018-ci ildən sonra da prezident vəzifəsində görmək istəyir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Levada-Mərkəzi"nin keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.
2014-cü ilin 19-22 dekabr tarixlərində keçirilən sorğu zamanı respondentlərin 55 faizi 2018-ci ildə V. Putinin yenidən prezident seçilməsini istədiyini bildirib. Sorğuda iştirak edənlərin 18 faizi isə hesab edir ki, 2018-ci ildə Rusiya prezidenti problemlərin başqa yolla həllini təklif edən şəxs olmalıdır. Öz növbəsində rəyi soruşulanların 10% düşünür ki, prezident kürsüsünə V. Putinin siyasətini davam etdirəcək yeni bir sima seçilməlidir.
Həmçinin məlum olub ki, Rusiyada əhalinin 54 faizi Putini əvəz edə biləcək şəxs yoxdur. Respondentlərin 24%-i isə hesab edir ki, lazım olsa, Putini əvəz edəcək şəxsi tapmaq olar.