Ukrayna ədliyyə nazirinin müavini vəzifəsinə əcnəbi vətəndaş gətirilib. Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bu post Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hökumətində 2003-2005-ci illərdə ədliyyə naziri olmuş Giya Getsadzeyə həvalə edilib.
Ukraynanın "Həftənin Aynası" qəzeti Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilinin Facebook hesabında bununla bağlı açıqlama yerləşdirdiyini bildirib. Saakaşvili bildirib: "Dostum Giya Getsadze Ukrayna ədliyyə nazirinin müavini təyin edildi. O əvvəllər də Gürcüstan hökumətində məsuliyyətli vəzifələri boynuna götürmüşdü".
Getsadze Saakaşvili hökumətindən Ukraynada yüksək vəzifəyə gətirilən üçüncü şəxsdir. Bundan əvvəl Ukraynanın yeni hökumətində səhiyyə naziri vəzifəsi Aleksandr Kvitaşvili, daxili işlər nazirinin müavini vəzifəsi isə Eka Zguladzeyə həvalə edilmişdi.